Səndən Gözəl Olmasın

Səddam Laçın

Quotes

See All
Unudulan qadın
Göz yaşını qurutmağın yanında Bir dənizi qurutmağa nə var ki Dərd eləmə, qurban olum dərdinə Unut məni, unutmağa nə var ki *** Mən ki sənin sevmədiyin adamam
Bir qarışlıq adam
Günəşi görmək üçün gecə baxırsan göyə… Hamı sənə kor deyir, necə baxırsan göyə? Çox qarışıq adamsan *** Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik
Reklam
Özünə vəsiyyət
Sevdin, sevilmədinmi? Özünü oda atma. Dərhal ordan uzaqlaş Alışmayasan, şair. ***
Səndən Gözəl Olmasın
Mən səni neynirəm ki… Sən olsan da sevirəm, olmasan da sevirəm Ey dodağı yasəmən, yanaqları qızılgül Qorxma payız gələndə Sən solsan da sevirəm, solmasan da sevirəm *** Sən sev deyə sevmirəm… Mən səbəbsiz sevirəm, qarşılıqsız sevirəm Sizin sevgiləriniz, bu gün olur, sabah yox. Mən sevəndə bir ömür ayrılıqsız sevirəm *** Mən səni neynirəm ki… Sən olmayan günlərin Hər günü bir şeirdi, hər günü bir qəzəldi Səndən gözəl olmasın, sənsizlikdə gözəldi
Kişi unutqanlığı
Bir qadın unutmuşam… Göz rəngi yadımdadı, gözün xatırlamıram. Bir qadın unutmuşam… Səsi qulağımdadı
Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı İnandığım qadınsan Heç kəsim yoxdur axı, dərdimi ovutmağa Göz-gözə gəlmək nədi, əllərindən tutmağa Utandığım qadınsan Sən ayrısan əzizim, ifadə etmək olmur Gözlərindən uzağa gördüm ki, getmək olmur Dayandığım qadınsan Səndə həqiqət tapıb, inanmışam sevgiyə Hər doğulan günəşlə daha çox sevim deyə Oyandığım qadınsan
Reklam
Kəpənək ömrü
Dolaşıqdı insan ömrü Qəmi düşür dəm vaxtına Dəmi düşür qəm vaxtına Keşməkeşdi insan ömrü Neçə-neçə gözlər düşür Neçə-neçə gözdən düşür Ən hikmətli sözlər düşür Ən ağıldan kəm vaxtına
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.