Kitab içinizdə fəlsəfədən doğan bapbalaca bir çınqı varsa, əmin olun onu alovlandıracaq. Əslində kitab uşaqlar üçün nəzərdə tutulub və bundan dolayı çox sadə bir dildə fəlsəfə tarixi qısa şərh olunub. Müsbət cəhəti ondan ibarətdir ki, kitabda tarix sıxıcı, yoran elmi cümlələrlə yox, roman formasında, görəsən bundan sonra hansı hadisələr baş verəcək deyə düşünərək maraqla bitirirsən. Sofiyə yazılan məktubları ondan daha çox həyəcanla mən gözləyirdim, halbuki bildiyim mövzular idi, amma mövzuları söyləm şəkli, sonra nə baş verəcək marağı çox əla idi. Fəlsəfəyə maraqınız yoxdursa, kitab sizi sıxa bilər, yox əgər irəldə fəlsəfə kitabları da oxumaq istəyib həyatınızda fərqlilik yaratmağı planlaşdırırsınızsa, ilk olaraq bundan başlayın. Bu arada kitab sadəcə fəlsəfə üzrə təməl daşı bizə verir, üstün tikmək isə tamamilə bizdən aslıdır. Oxuyun, təhlil edin, düşünün, düşünürüksə, varıq..