Mario Puzzo "Xaç atası" kitabı kimi mükəmməl bir romanın müəllifi olduğu çox adama məlumdur,fəqət mən bu romanı ondan daha çox bəyəndim.Bu təkcə mafiyadan bəhs edən maraqlı bir hekayət deyil,bu əsl roman strukturunun poetik incəliklərlə ərsəyə gəlmiş halıdır.Kitab da o qədər maraqlı nüanslar var ki,oxumaqdan doymursan,özü də sujeti bu qədər maraqlı olan,heç darıxdırmayan bir kitab.Mario Puzzo bu romanı yazmayıb,sanki bu hadisələrin şahidi olub.Veyl adlı yazıçı personajının da özünün prototipi olduğunu düşünürəm.Kitabda erotik səhnələr mən də ikrah hissi oyatsa da,oxuduqca personajların daxili aləmini açmasında mühim bir faktor olduğunu anladım və müəllif gedişatı elə qurub ki,bu səhnələr belə kitabın bütövlüyünə xidmət edir.Tək kəlimə ilə möhtəşəmdir və mütləq oxunmalı romandır.Əminəm ki,oxuyanlar kitabdan qopa bilməyəcəklər.Çoxları dedektiv romanı desələr də,bu kitab həyatın ÖZÜDÜR!
Bir də əlavə etmək istəyirəm ki,bu əsərin "Xaç atası" əsərinə heç bir aidiyyatı yoxdur.