– Mənim qardaşlarım nə üçün qüssəlidir? Mənim qızlarım nə üçün ağlayır? Ona görəmi ki,cavan oğlan səfərə yollanır? O,mehriban idi,ədalətli idi, igid idi.Monittonun (Hinduların tanrısı) belə bir döyüşçüyə ehtiyacı vardı,odur ki, yanına apardı.
❝
Ey Kövrək Qarğı! Böyük Ruh səni üzdən göyçək yaratmışdır.Amma kaş heç dünyaya gəlməyəydin! Məskəndə səsin bərk çıxır,döyüş meydanında eşidilmir.Düşmən sənin kürəyini görüb, gözlərinin nə rəngdə olduğunu isə heç vaxt görməyib.Qəbilə bundan sonra sənin adını çəkməyəcək,sənin adın unuduldu!
❞
Neçə illərdən bəri canından artıq sevdiyi və az sonra daha heç zaman görməyəcəyi əziz oğlunun üzünü axırıncı dəfə görmək üçün Çinqaçkukun bütün qalan hissləri sanki keyimişdi.
Çinqaçkuk gözlərini böyük sərkərdə olan oğlunun, mogikanların sonuncu nümayəndəsinin cansız üzündən bir an belə ayırmadan ona tamaşa edirdi.Kitabı okudu
Yüzlərlə qarğanın çılpaq dağ zirvələrinə qalxması və ya qağıldaya-qağıldaya dəstə ilə meşənin üstündən ötüb keçməsi, dünənki döyüş meydanının harada olduğunu göstərirdi.
Unkas sıçrayıb ayağa qalxdı, Koranı öldürən hindunun üstünə cumdu və onu öldürüb meyitini öz ayaqları altına saldı, beləliklə axırıncı gücünü bu səyinə sərf edib heydən düşdü ...