Sonuncu Mogikan

James Fenimore Cooper

Oldest Sonuncu Mogikan Posts

You can find Oldest Sonuncu Mogikan books, oldest Sonuncu Mogikan quotes and quotes, oldest Sonuncu Mogikan authors, oldest Sonuncu Mogikan reviews and reviews on 1000Kitap.
376 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 days
Spoiler içerir!!!
Ceymis Fenimer Kuperin oxuduğum ilk əsəri" Sonuncu Mogikan" romanıdır.Əsər çox gözel idi. Bu da C.F.Kuperin çox gözel bir yazıçı olduğunu göstərir. Əsər hinduların həyatını, məişətini və adət-ənənələrini təsvir edən ilk və ən məşhur romandır. Romanın mövzusunun bu barədə olması heç də təsadüfi deyil, çünki yazıçını hər zaman hinduların həyatı,məişəti və adət-ənənələri düşündürmüşdü. Əsərdə baş verən hadisələrə gəldikdə isə roman Uilyam-Henri fortunu komendantı Munronun qızları Alisa ve Koranın onun yanına cəbhə xətdinə yola düşməsi ilə başlayır.Bu yolculukda onların başına bir sıra hadisələr gəlir.Əsər bu axarda maraqlı süjet xetti ilə davam edir.Burada mənim diqqətimi çəkən bir şey də oldu.Anladığıma görə hindular adətən özlərinə yaraşan(layiq) bir ad seçirler.Bu mənə bir az da olsa "Kitabi-Dədə Qorqud" dastanını xatırladır.Eynen orda da oğlanlara göstərdikləri igdiklərə görə ad veriridilər. "Sonuncu Mogikan" romanın sonu gözlənilməz hadisə ilə bitir.Kora ölür.Onu xilas elemeye gelen Unkasda ölür.Bu hadisənin baş verməsi mənim əsəri bitirərkən gözyaşları axıtmğıma səbəb olur
Sonuncu Mogikan
Sonuncu MogikanJames Fenimore Cooper · Önder Neşriyat · 2005316 okunma
376 syf.
10/10 puan verdi
·
Liked
🖇İlk öncə yazar haqqında bir az danışmaq istəyirəm. Ceyms Fenimer Kuper kimdir?F.Kuper Amerika ədəbiyyatının görkəmli nümayəndəsi eyni zamanda daha çox macəra romanlarının müəllifidir. Onun yazıçı olmağı da təsadüfdür. Siyasətçi olmaq istəyən Kuper təsadüf nəticəsində bu gün yazıçı kimi dünya ədiblərinin sırasındadır. Bir gün
Sonuncu Mogikan
Sonuncu MogikanJames Fenimore Cooper · Önder Neşriyat · 2005316 okunma
Reklam
Meşənin açıq yerlərindəki çəmənliklərdə və talalarda hərbi musiqi çalınırdı; gah yaralıların iniltisi, gah da fürsətdən istifadə edib dincəlməyə çalışan igid və qayğısız gənclərin şən səsləri dağlarda əks-səda qoparırdı.
Bu iki dövlət, onların heç birinə qismət olmayan bir ölkəyə ağalıq etmək uğrunda bir-birilə mübarizə aparırdı.
Amerikada müstəmləkə uğrunda mübarizə aparan İngiltərə və Fransa:Kitabı okudu
Qorxunun təsirindən təhlükə haqqında təsəvvür ağlagəlməz dərəcədə böyüyürdü; sağlam düşüncə qorxudan doğan xəyalın öhdəsindən gələ bilmirdi.
Qorxduğunuzu əsla büruzə verməyin, yoxsa özünüzü məhz qorxduğunuz təhlükəyə düçar edərsiniz.
Dunkan HeyvordKitabı okudu
Reklam
Odur ki, gerçək fəlakətlərdən sonra, əsli olmayan və xəyaldan doğan çoxlu təhlükə əmələ gəlmişdi..
Fransızlar bir neçə ingilis dəstəsini məğlub etdikdən sonra məhz qorxudan yaranan çaxnaşmaKitabı okudu
Əsgərliyə birinci dəfə gələnlər bir yerdə qərar tapa bilmir, elə hey vurnuxurdular; onlar həddindən artıq səy göstərməklə səfər hazırlığını daha da yubandırırdılar. Bərkdən-boşdan çıxmış təcrübəli əsgərlər isə çox soyuqqanlılıqla tələsmədən silahlanırdılar, halbu ki, onların dalğın baxışları və ciddiləşmiş üzləri göstərirdi ki, meşələrdə gözlənilən dəhşətli mübarizə onların heç də ürəyindən deyil.
- Heç olmasa tüfəng atmağı bilirsinizmi? - Allaha çox şükür olsun ki, ömrümdə hələ ölüm silahını əlimə almamışam.
- Qabaqda da, arxada da düşmənlər vardır, buna görə də səfərimiz yəqin ki, təhlükələrlə dolu olacaqdır!
Sayfa 218Kitabı okudu
138 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.