1000Kitap Logosu
Sərbəst İnsanlar Ölkəsində
Sərbəst İnsanlar Ölkəsində
Sərbəst İnsanlar Ölkəsində

Sərbəst İnsanlar Ölkəsində

OKUYACAKLARIMA EKLE
8.9
20 Kişi
49
Okunma
22
Beğeni
660
Gösterim
144 sayfa · 
 Tahmini okuma süresi: 4 sa. 5 dk.
Adı
Sərbəst İnsanlar Ölkəsində
Basım
Azerice · Azerbaijan · Tutu Nəşriyyatı · 2001 · Karton kapak
Diğer baskılar
Serbest İnsanlar Ülkesinde
Serbest İnsanlar Ülkesi'nde
Sərbəst İnsanlar Ölkəsində
BU KİTAB İKİ VƏTƏN ÜÇÜN YAZILDI... Əhməd bəy Ağaoğlu son sözləri yazır: İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım, - deyir. Gözlərimdə hər şey dəyişmişdi, - yazır. Hər şeydə bir gözəllik görürdüm, hər şey məni yaşamağa səsləyirdi. Və bir etirafda bulunur: Anladım ki, bütün varlığımla Azadlıq mələyinə vurulmuşam! Tarix qoyur: 4 iyun, 1930-cu il. Keçiörən. Ömrün qürubuna cəmi bir neçə il qalırdı... O Bakını, ən önəmlisi doğulduğu Şuşanı görmədən bu dünyadan köç edəcəkdi... O özü də, milləti üçün kitabda yazdığı pirlərdən—müdriklərdən biri idi. Əhməd bəy azadlığını təzəcə əldə etmiş bir ölkədə yaşayırdı. Sərhədin o tayında isə öz Vətəni istibdad altında idi. Əhməd bəy bu kitabı iki Vətən üçün yazdı. İnanırdı ki, nə vaxtsa bu yazdıqları o sərhədi keçəcək. Düz bilirdi. 70 ildən sonra o kitab saralıb-solmuş halı ilə Vətənə çatdı. Vətən azadlığını əldə etmişdi. Amma iç zəncirlərini qıra bilmişdimi? İstibdadın çökdüyü qəlbini, taxt qurduğu ruhunu azad edə bilmişdimi? Haqqı qorumaq vəzifədir - gerçəkliyinə əməl edə bilmişdimi? Sizdən soruşuram, bilmişdimi?..
3 mağazanın 3 ürününün ortalama fiyatı: ₺19,73
8.9
10 üzerinden
20 Puan · 5 İnceleme
Kərimli
Sərbəst İnsanlar Ölkəsində'i inceledi.
144 syf.
·
2 günde
·
Beğendi
·
Puan vermedi
Azadlıq Mələyinə vurulmuşam!!!
Əhməd bəy Ağaoğlunun bir ictimai xadim kimi Azərbaycan tarixində yeri əvəzolunmazdır. Azad düşüncəli, vətənvərpər şəxsiyyət , yazıçı, Paris Universitetinin Hüquq fakültəsinin  tələbəsi olan Ağaoğlunun bu kimi uğurlarını kənara qoyub bir amilin adını çəksəm bu belə onun tariximizə,millətimizin qəlb yaddaşına qızıl hərflə yazılmasına səbəb olar.   Onun  yaratmış olduğu " Difai" partiyası ermənilərə bu xalqın bir olduğunu onların terror aktlarına qarşı məzlum vəziyyətdə olmadığımızı göstərdi. Buna görə sizə sonsuza qədər minnətdarıq, ƏHMƏD BƏY AĞAOĞLU! "Heç bir vaxt biz öz millətimizin bədbəxtliyi üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol vermərik!"  deyirdi Difaiçilər... Belə bir siyasi xadimin daha sayası N sayda xüsusiyyətləri olan adamın düşüncələrini oxumaq hər sətirdə xalqının azad olmasını, haqsızlığa susmamasını duymaq qürurvericidi.Həm də kədərlidir,çünki kitabda bəhs olunan bəzi "milli xarekterimiz" hələ də dəyişməyib. Keçək əsərə. "Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram: Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur" Qəhrəmanımız kölə diyarın sakinidir və yeni ölkə onun indiyədək yaşadığı cəmiyyətə, dövlətə tam mənada əksdir. "Ah, bu necə ölkədir?! Sərbəst olmaq nə qədər çətin bir iş imiş!.. "- azadlığı ilk öncə düşüncədə qazanmasan, başqa sözlə düşüncədə inqilaba uğramayan bir nəsnə əsla realda gerçək nəsnəyə çevrilə bilməz. Hər şey düşüncədə başlar.Azadlıq da düşüncədə başlar.Düşüncədə azad olmaqdan qorxmasan,azadlıq məqsədə çevriləcək. "Nə qəribə ölkədir! Adətləri bizimki ilə daban-dabana ziddir. Görəsən, öyrəşə biləcəyəmmi? Görəsən, öz mühitimin izlərini, orda alışdığım düşüncə tərzini, orda aldığım tərbiyəni atıb unuda biləcəyəmmi? Özümü sınayanda, nəsə ruhdan düşürəm.Tutalım, təsəvvürümə gətirirəm ki, bir vəzifə sahibinin yanındayam. Ona üz tutarkən, "ayağınızın altındakı torpağa üzümü sürtmək şərəfinə nail olmaq üçün sizi rahatsız etdim" kimi alışdığım müraciətin yerinə, "sizi görməyə gəldim" cümləsini işlədirəm. Bu sözdən canıma qorxu düşdü və öz-özümə "bu necə ola bilər?" sualını verdim" Mənzərə tanış gəldimi?!)) Hələ dəyişməmişik... Amma bu o demək deyil ki, belə də qalacağıq. Biz azadlıq mələyinə aşiq olacağıq. Və bizim azadlıq mələyi ilə eşqimizi kimsə əsla öldürə bilməyəcək.
Sərbəst İnsanlar Ölkəsində
OKUYACAKLARIMA EKLE
12