Sərbəst İnsanlar Ölkəsində

Ahmet Ağaoğlu

Oldest Sərbəst İnsanlar Ölkəsində Posts

You can find Oldest Sərbəst İnsanlar Ölkəsində books, oldest Sərbəst İnsanlar Ölkəsində quotes and quotes, oldest Sərbəst İnsanlar Ölkəsində authors, oldest Sərbəst İnsanlar Ölkəsində reviews and reviews on 1000Kitap.
Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləmək deyilmi?
Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram: Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur.
Reklam
Sərbəst olmaq nə qədər çətin bir iş imiş! Əvvəlcə bu iş necə asan gəlirdi! Sən demə, əsl çətinliklər sonra olacaqmış. İnsan ruhu tarixin elə izlərini yaşadır ki, adamı da məhz onlar əsirə çevirir. İndi bu izləri bircə-bircə silib-itirmək gərəkdir. Yalan söyləməmək, yalnız öz xeyrini güdməmək, qoçaq olmaq, haqqı qorumaq, qorxmamaq, doğru danışmaq... Nə ağır şərtlərdir!
Axı mən ömrümdə özümdən başqa kimsəni düşünməmişəm. Dövlət məmuru görəndə, qorxumdan yeddi məhəllə birdən qaçardım. Mən dövlət adamı olsaydım, elə bilərdim bütün dünyanı mən yaratmışam. İndi bilmirəm, bu şəhərin bu adətlərinə necə öyrənəcəyəm?
Tutalım, təsəvvürümə gətirirəm ki, bir vəzifə sahibinin yanındayam. Ona üz tutarkən "ayağınızın altındakı torpağa üzümü sürtmək şərəfinə nail olmaq üçün sizi rahatsız etdim" kimi alışdığım müraciətin yerinə, "sizi görməyə gəldim" cümləsini işlədirəm. Bu sözdən canıma qorxu düşdü və öz-özümə "bu necə ola bilər?" sualını verdim. Vəzifə sahibi qəzəblənməzmi?
Ustad, deməli buralar başdan-başa qardaşlıq yurdudur. Hər kəs bir-birini və dövlət də hamını düşünür. Hamı bir-birinin köməyinə çatır. Kimsə unudulmayıb, kimsə atılıb yalqız qalmayıb.
Reklam
460 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.