Əsrimizin Siyavuşu

Mehmet Emin Resulzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
64 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Əsərdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu Firdovsinin "Şahnamə"sindəki Siyavuşun əhvalatı vasitəsilə obrazlı şəkildə əks olunub. Əsər 1920-ci ilin iyul ayında Lahıcda yazılsa da, ilk dəfə Türkiyədə çap olunub. Maraqlı, fərqli üslubda bir əsər idi, bəyəndim.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 2021119 okunma
Reklam
70 syf.
10/10 puan verdi
“İnsan anıldıqca yaşayır deməkdir” Doğum günündə Məhəmməd Əmin Rəsulzadəni sevgi və sayğıyla anırıq. 1920-ci ildə Lahıcda işğalçı qüvvələrdən gizlənən zaman Firdovsinin “Şahnamə” poemasını oxuyurkən Siyavuş haqqında dastandan ilhamlanaraq “indi sənə əsrimizin Siyavuşunu yazacağam” fikri ilə bu kitabı qələmə alır. Bu əsərdə Azərbaycanın müstəqil
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019119 okunma
70 syf.
10/10 puan verdi
Ölkəmizin qurucusu Ulu Öndər Rəsulzadənin kitabını oxumağa özümə borc bilirdim. Yazdıqları, müqayisəsi, dönə-dönə Azərbaycan xalqının Türk olmasını, ancaq İran təsiri altında qalaraq fars kimi davranmalarını qınayır. Hazırda Azərbaycanda ölkənin bir qismi dinə görə ərəb fanatı, digər bir qismi isə onu müstəmləkə edən cəlladı rus fanatıdır. 1920-ci ildə yazılan bu əsər, 2023də nə qədər irəliləyib? Kaş kaş kaş sözlərini içimdən deyərək oxudum, kaş ki 1920-də Sovet qurulmasa, Rəsulzadə yaşasa xalqın beynində çevrilişi sona qədər edə bilsə. Gələcək üçün əndişə duyuram, Rəsulzadənin yazdıqlarından nə qədərini bacara bilmişik? Qadına seçmə və seçilmə haqqını verən 1918-1920 Azərbaycanından daha yaxşı haldayıq? Maarif, rifah olaraq irəliləmişik ya yox?
Asrımızın Siyavuşu
Asrımızın SiyavuşuMehmet Emin Resulzade · Azerbbaycan Kültür Derneği Yayınları · 1989119 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Haqq verilməz, alınır !
Çox geniş düşüncələr yazılmalı olan kitab. Lakin bəzi düşüncələrin düşüncə olaraq qalması daha məqbuldur. İnsanların müxtəlif səhifələri anlaması üçün müxtəlif həyat səhifələrini yaşaması lazımdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019119 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
25 saatte okudu
"Əsrimizin Siyavuşu" haqqında
"Əsrimizin Siyavuşu" əsəri 1920-ci ildə şanlı Cümhuriyyətimizin banisi, Məhəmməd Əmin Rəsulzadə tərəfindən Lahıcda olarkən yazılır. Müəllif Firdovsinin "Şahnamə əsərindən ilhamlanaraq və İran-Turan müharibələrini diqqətdə saxlayaraq öz əsərini qələmə qalır. Əsərin hansı şəraitdə yazılması və başına gələnlər barəsində müəllif özü
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019119 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
Dahi şəxsiyyətimiz Məhəmməd Əmin Rəsulzadə kitab yazarda biz oxumasaq ayıb olar.İlkin və maraqlı başlanğıc oldu.Cümhuriyyətimizin qurulması və süqutu obrazlı şəkildə əks etdirilib(Firdovsinin Şahnaməsini oxuyaraq bunu özünəməxsus şəkildə şərh etmişdir)Bundan sonra yazılan digər əsərlərədə göz atacağam.Rəsulzadəni daha yaxşı anlamaq üçün tək yol,onun qələmə aldığı digər kitabları incələməkdir.Beləliklə onu daha yaxşı dərk edə və tanıtdırıb,ideyalarını müdafiə edə bilərik!
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019119 okunma
Resim