Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Dörd Cilddə

Əsərləri - I Cild

Celil Memmedguluzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
664 syf.
10/10 puan verdi
·
Beğendi
·
77 günde okudu
Hər sətirdə sanki Cəlil Məmmədquluzadənin kədərini gördüm.Bu qəlblə görünən kədər idi.         Yazıçının nisbətən az tanınmış əsərlərinə toxunmaq istəyirəm.Və bu əsərləri arasında ən çox təsir edənlərdən biri " Sarı" hekayəsi  və " Lal" dramı oldu.   Lal dramında lakonikliklə  o dərəcədə kamil ideya irəli sürülüb ki...   
Əsərləri - I Cild
Əsərləri - I CildCelil Memmedguluzade · Öndər Nəşriyyat · 200466 okunma
Reklam
·
Puan vermedi
" Kamança " pyesi
(Əsər haqqında 2020 -ci ildə yazdığım fikirlər)
Celil Memmedguluzade
Celil Memmedguluzade
Cəlil Məmmədquluzadənin 1920 -ci ildə yazdığı "Kamança " pyesi Azərbaycan ədəbiyyatında Qarabağ mövzusuna həsr olunmuş ilk əsərdir . Əsərdə müəllifin erməni vandalizminə dərin nifrəti hiss olunur .Bu qəzəb Qəhrəman yüzbaşının ermənilər tərəfindən öldürülən igid oğulların ölümünə yanmasında ,Zeynəb ana timsalında gözüyaşlı , qəhrəman oğul analarının qəzəbində əks olunub. Müsəlmanların toyunda kamança çalanların ,plov yeyənlərin müsəlman qanı tökməsi ,neçə-neçə insanın faciəsinə səbəb olması düşmənin necə təhlükəli olduğunu anlamağa kömək edir . "Kamança " əsərdə bədii obraz səviyyəsinə qalxmışdır . Yüzbaşı kamanın səsinə qulaq asanda mürgülü xatirələri oyanır ,Baxşını öldürməkdən əl çəkir .Müəllif bu lövhə ilə Qəhrəman yüzbaşı timsalında Azərbaycan xalqının humanizmini əks etdirib . İlk öncə ,Qəhrəman yüzbaşının kamançanı " bir tikə ağac qırığı " hesab etməsi ,erməni Baxşının kamançanı əziz tutması əsərin əsas qayəsini anlamağa imkan verir . Halbuki ,kamança Azərbaycanın milli musiqi alətidir . Kamança timsalında sanki bizim bütün milli adət -ənənələrimiz ,dəyərlərimiz nəzərdə tutulub .Mirzə Cəlil öz milli dəyərlərimizə sahib çıxmağın nə qədər önəmli olduğunu vurğulayır .Bu cəhətdən ,Azərbaycan ədəbiyyatında " Kamança "pyesi milli şüur ,milli özünəqayıdış kimi yüksək dəyərlərin təbliği və yaşadılması baxımından dəyərli bədii nümunədir .
Əsərləri - I Cild
Əsərləri - I CildCelil Memmedguluzade · Öndər Nəşriyyat · 200466 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.