Dörd Cilddə

Əsərləri - I cild

Cafer Cabbarlı

Əsərləri - I cild Sözleri ve Alıntıları

Əsərləri - I cild sözleri ve alıntılarını, Əsərləri - I cild kitap alıntılarını, Əsərləri - I cild en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Bağa bax bostana bax bağçaya bax gülləri gör. Gülü gör bülbülü gör zövq apar dünyədən
Hoş..
DÜN O GÖZLƏRDƏ Dün o gözlərdə inliyən sevgi , O baxışlarda titrəyən xülya , Gülüşündən uçan səmimiyyət Varlığından gülümsəyən sevda Ruhi sar - sar əsirin eylərdi . Utanıb dün çiçək kibi qızaran , Şu yanaqlar bəharə bənzərdi . Gül dodaqlar əsər , susar , utanar , Gözlərin bildirirdi hər dərdi . Həm də pək şairanə söylərdi Tellərindən öpüncə aydınlıq . Ləblərindən gülümsüyürdü həyat O zaman bən sənin əsirin idim , Çünki məsum idin , fəqət heyhat ! Şimdi hər şey havaya savruldu , Böyüdün , bir qədər də oldun şən . Dillə " sevdim " diyorsan imdi , fəqət , Dinməmiş gözlərindən anladığım ...
Reklam
Bağa bax, bostana bax, baxçaya bax, gülləri gör, Gülü gör, bülbülü gör, zövq apar dünyadən. Xaliqin qüdrətini bil, bu yaranmışları gör, Yatma, dur bax, götür əl qəfləti-bipərvadan!
Sayfa 47 - ŞƏRQ-QƏRB, Bakı - 2005. "Bahar" şeirindən son bənd.Kitabı okudu
Sanki huşa gedib bütün aləm.
Çulğayırdı cahan üzün nəkbət. Zülmətin yer üzünü qaplaması Qəlblərdə oyandırırdı qubar. Sümtə? aləm olurdu müstəğrəq, Pərdeyiqər olurdu sayənisar, Hər tərəf bir sükut idi cari, Sanki huşa gedib bütün aləm.
Genə xəyal edərəm bəzmi
O pak bağrına bassın məni , desin layla , Təbəssüm oynadaraq titrəyən dodağında . Bütün vücudum əsər , ruhum eyləyər pərvaz Uçar səmalara hər aləmi - xəyalətdə Yatar , ölər bədənim , nitqdən düşər bir söz :
Bir baxışla azdırıyor , bir baxışla bildirir , Bir baxışla ağladıyor , bir baxışla güldürür ; Gülümsərkən can veriyor , süzülərkən öldürür Kəcbaxıcı , evyıxıcı , canyaxıcı gözləri . İtirdiyin unutdurur , gördüyündən küsdürür , Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir , Tutqun gecə , aydın günmü , görən necə kəsdirir Kəcbaxıcı , evyıxıcı , canyaxıcı gözləri .
Reklam
70 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.