Sözler ve Alıntılar

Tümünü Gör
Şair nədi, ailə nədir
Sən demə, atamla anam nişanlananda Sədaqət toyda ağzından qaçırıbmış ki, məni yüz şair istəyə, heç birinə getmərəm, şair nədir, ailə nədir? Harda gözəl qız görür, ona şeir qoşur. Mən traktorçuya gedərəm, onun mazutlu şalvarını yuyaram, hər gecə onun mazutlu yumruqlarının iki-üçünü yeyərəm, ancaq şairin nəinki şeirini, heç saçlarıma sığal çəkməyini də istəmərəm. Deyəsən, bu sözlər ilk günlərdə anamın ağlına batıbmış, nişanı-zadı qaytarmaq istəyirmiş. Sonradan necə olubsa, atam bir dəfə televizorda görünməyi ilə anamın düz ürəyinin başına çıxıb.
Sevgi ilham mənbəyidi, sevgi insanın təsdiqidir
Reklam
Saqqaldan nə istəyirlər
Kəriş, qurban olum, saqqal adamın nə kədərləndiyini göstərir, nə də sevindiyini. Adamı qara örtüyə bürüyüb hər şeydən təcrid edir. İnsan təklənir. Sonra da Nadir kimi hasarın dalında qalır - bibim də atam kimi danışır, ağzından çıxan hər sözə fəlsəfi məna yükləyir - saqqal adamın içinin aynasıdır, başına dönüm. Bibin sənə qurban, saqqalını qırxdır. Saqqal əvvəl adamın içində hasara çevrilir. Fərqlilik adamı hər şeydən ayırır, evdən-eşikdən perik salır.
Mənim də yaraşıqlı xətdən xoşum gəlmir, həqiqət həmişə üstündən xətt çəkilmiş cümlələrdə gizlənir
İran şiəliyə görə bizə qardaş, türkçülüyə görə düşmən olmağa məhkumdur
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.