Yorumlar ve İncelemeler

Tümünü Gör
452 syf.
5/10 puan verdi
Y.V.Çəmənzəminlinin qələmini çox bəyəndiyim üçün bu kitabdan gözləntilərimi yüksək tutmuşdum. Halbuki, ilk səhifələrində çox fərqli bir şey oxumayacağımı anladım. Roman Rüstəmbəyin siyasi, sosial həyatını daha çox əks etdirir. Yazar, bir neçə cümləylə Rüstəmbəyin daxili, psixoloji halının ağır olduğunu bildirir və təəssüf ki, göstərə bilmir. Sözlərdə qalır. Üslub və təhkiyədə boşluq hiss edilir oxuyarkən. Romanı nə tarixi, nə sevgi, nə psixoloji janra aid etmək olmur. Qısası, nə o yanlıqdır, nə bu yanlıq. Çox gözəl başlayan bir neçə sevgi hekayəsini yazar yarımçıq qoyur və bəsit sonlarla oxucunu məyus edir. Bütün romanları, kitabları sevə bilmərik - cümləsini bu kitab üçün də söyləyə bilərəm.
Studentlər
StudentlərYusuf Vezir Çemenzeminli · Hədəf · 201365 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.