Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Şükriyyə Taleyim

Ülviyyə Tahir
Aljir, SLON, Sibir... Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, müha­cirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapı­sı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittiham­larla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qar­şı­sı­na sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övla­dından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu. Zərif qadın çiyinləri bu qədər ağır yükə tab gətirəcəkmi? Roman knyaz qızı Şükriyyənin – Əhməd Cavadın vəfalı yoldaşının zəmanəyə, onun iti caynaqlarına qarşı necə mübarizə aparmasından bəhs edir. Şükriyyənin öz sevgisinə sadiq qalması, qadınlıq vüqarını, izzətini qoruyub saxlaması yolunda göstərdiyi misilsiz fədakarlıqlar, çəkdiyi əziyyətlər insanı riqqətə gətirir. Bu əsər, eyni zamanda Əhməd Cavad və Şükriyyənin sevgi dastanıdır. Yazıçı Ülviyyə Tahir bu dəfə də tarixi faktlar əsasında bir ALJİR qəhrəmanının həyatına işıq salır.
Yazar:
Ülviyyə Tahir
Ülviyyə Tahir
Tahmini Okuma Süresi: 7 sa. 29 dk.Sayfa Sayısı: 264Basım Tarihi: 2021Yayınevi: Parlaq İmzalar
ISBN: 9789952525922Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
264 syf.
8/10 puan verdi
·
6 günde okudu
Kitab haqda təəssüratlarımı bir neçə formada bildirə bilərəm, fəqət bu dəfə emosiyalar ruhumu ələ keçirdi, məni günümüzdən alıb ötən əsrin əvvələrinə qədər apardı. İstiqlal şairimiz Əhməd Cavadla həyat yoldaşı Şükriyyə xanımın bu sevgi dastanı insanı riqqətə gətirməyə bilməz. Əsər sadəcə sevgi romanı deyil, Tarixi romandır. Burada Cümhuriyyət
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
Reklam
264 syf.
·
Puan vermedi
Şükriyyə Taleyim, şükür Xudaya!..
Bu kitab ilə ilk dəfə keçən il bir müəllimimin tövsiyəsi üzərinə tanış olmuşdum. Nə yalan deyim ilk oxumağa başladığım zaman nə yazarı tanıyırdım, nə də kitabda bəhs olunan xanımı, ailəni. Heç birini tanımırdım və çox sıxılacağımı düşünürdüm, lakin elə olmadı. Kitabın elə ilk səhifələrində məni özünə çəkən bir "qüvvə" yarandı. İndi isə
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
·
Puan vermedi
·
26 saatte okudu
Azərbaycan Ədəbiyyatı
Salam. Oxuduğum bu kitab Əhməd Cavadın və onun xanımının vətən uğrunda mübarizəsindən bəhs edir. Kitabda Məhəmməd Əmin Rəsulzadədən Mikayıl Müşfiqə bir çox dahi şəxsiyyətin adı çəkilir. Bir qadının həyat yoldaşından dar günündə boşanıb övladları ilə rahat gələcək seçmək yerinə onun soyadı ilə həbsxanaya düşməsi də kitabın təsirli hissələrindəndir. Bir digər məqam isə övlad acısıdır.Balalarının ölümünə ana və atanın ayrı-ayrı reaksiya verməsi, kişi acısını içində çəkir deyimi də bu kitabda öz əksini tapır. Xanımı Əhməd Cavadın övladının ölümünə biganə yanaşdığını düşünərkən, əlinə keçən bir kağız parçası ilə sarsılır.Azərbaycan kişisi öz dərdini həmişə içində çəkər.Əhməd Cavad da şeirlərinə tökürmüş öz acısını. Kitab haqqında çox söz yazmaq olar. çox danışmaq olar. 23 aylıq müstəqilliyimiz uğrunda can verən, "Xalq Düşməni" adı altında haqqsız yerə qurban gedən dahi şəxsiyyətlərimizin adının bu gün də çəkilməsi, onları kitablarla, bizə miras qoyub getdikləri əsərləri ilə anmaq bir oxucu kimi məndə hər zaman acı və bir o qədər də xoş təəssürat yaradır. Xoş təəssürat odur ki, gənc nəsil yazılan belə gözəl kitablarla onları tanıyır və öz keçmişimizlə daha yaxından tanış olur. Azərbaycan qadının mərdliyinin,ailəyə,həyat yoldaşına və övladına duyduğu sevginin qarşısında heç bir güc dura bilməz. Bax biz bunu gördük bu kitabda.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
·
Puan vermedi
·
8 saatte okudu
“İѕтəyιrѕιnιz мənι öldürün, вυ ĸağızı ιмzalaмayacağaм. мən nə нəвѕхanalardan, nə ѕürgünlərdən, nə də ιşgəncələrdən qorхυraм, çünĸι вυ мənιм öz ѕeçιмιмdιr. Şüĸrιyyənιn ѕeçιмι” Vətən, millət, Azərbaycan deyən hər kəs yurd-yuvasından, el-obasından didərgin düşdü, ya güllələndi, ya sürgünə göndərildi. Onlar son nəfəslərinə kimi Azərbaycan uğrunda,
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
26 saatte okudu
Oxuya biləcəyim qəlb siminə toxunan, bütünlüklə örnək verilən, qürur duyulan, qəlb ağrıdan kitablardan biri bəlkə də birincisi oldu. Şükriyyə xanımın həyatı, qadın adını ləyaqətə qoruması, sevgisi, sədaqəti, analığı... Bunları o qədər məhrəm oldu ki mənim üçün... İllərin təsirindən çıxıb, Əhməd Cavadı və onun həyatını, həyatının yoldaşını həqiqətən tanımaq istəyən hər kəs üçün tövsiyə edirəm.
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
7/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Eyni adlı mahnını dinlediyim zaman hiss etdiklerimi dile getirə bilmirdim.Bir müddet sonra kitabı mənə hədiyyə edildikdə hetta yazarından imzalı kitab idi.Çox sevinmişdim. Mən uşaqlıqdan bəri köhnə filmlerdə,kitablarda da şahid olduğum Azərbaycan Qadının sevgisinə,sadiqliyinə,gücünə heyran olmuşam.O qadınlardan biri ilə bu kitabda
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
6 günde okudu
1 ildən çox idi ki, bu kitabı oxumaq istəyirdim. Sonluğunda ağladığım kitablardan biri oldu. Əhməd Cavadın xanımı Şükriyyənin ALJİR-də başına gələnləri bu qədər təsəvvür etmirdim. Onun timsalında repressiya qurbanlarının nə yaşadıqlarını da öyrənmək mümkündür. Cümhuriyyətimizin qurulması, Azərbaycanın görkəmli mütəfəkkirlərinin birgə dialoqları insana qəribə hissləri bəxş edirdi. Çox ağrılı və dəhşətlidir. Bilmirsən ki, günahsız olmalarına, ya yarımçıq qalan həyatlarına üzüləsən. O illər necə də dəhşətli olub. Necə qıya biliblər ziyalılarımıza. Üstəlik bunu edən həmyerlilərimiz idi. Əhməd Cavadın və onun qələm yoldaşlarının xalqı oyatmaq üçün çabaları axırda özlərini kül etdi. Lakin heç birimiz o əməlləri, o qurbanları unutmadıq.
Şükriyyə Taleyim
Şükriyyə Taleyim
Ülviyyə Tahir
Ülviyyə Tahir
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
7 günde okudu
Ülviyyə Tahir - Şükriyyə Taleyim
Mənim üçün tarixin, ədəbiyyatın ən kədərli dövrü 1937-ci il- repressiya dövrüdür. Bildiyimiz kimi repressiyaya qurban gedən şairlərimizdən biri də Əhməd Cavaddır. Roman Əhməd Cavadın fəaliyyətlərindən, onun vəfalı ömür - gün yoldaşı Şükriyyə ilə necə tanış olması, hansı çətinliklərlə üzləşməsi və həmən çətinliklərlə necə mübarizə aparması, şeirlərinə görə hansı ittihamlara məruz qalması, həbsi, ən başlıcası isə Şükriyyənin həbs edildiyi gündən azadlığa çıxdığı günə qədər və azadlıqdan sonra ki zamandan bəhs edir. Şükriyyənin qürurunu aclıq-səfalət, çəkdirdiləri əzab-əziyyətlər belə sındıra bilmir. Əhməd Cavad və Şükriyyənin həbsindən sonrakı hər bir hissəni ürək ağrısı ilə oxudum. Sonrakı bölümlərdə isə bir hissəni oxudum, kitabı bağladım, sonra dözə bilməyib yenə bir hissə oxudum, bəzən heç o hissəni belə sona çatdıra bilmədim və bu dəfələrlə təkrar oldu...
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Şükriyyə Taleyim
Roman,bioqrafiya və tarix bu üç aspektdən yanaşmaq istərdim.Kitabı oxumamışdan öncə Əhməd Cavad və Şükriyyə xanımın qısa şəkildə də olsa həyatına göz gəzdirməyinizi tövsiyyə edirəm. Bu kitabı nə üçün oxumalıyam ? Hər bir kəs öz tarixini bilməlidir.Kitab da özündə bir çox tarixi həqiqətləri ehtiva edir.Müstəqilliyin qazanılmasında baş rolu olan şəxsiyyətlər,onların xalq üçün necə can yandırdığı əks olunub.Xəyanət edənləri isə aiki qrupa ayırardım(şəxsi fikrimdir).1)Pul qarşılığında xəyanət edən 2)Ölkənin süqutundan sonra vəzifəsini itirməmək və həbsdən canını qurtarmaq üçün xəyanət edənlər.Məsələnin kökündə zehniyyət durur.Yəni,düşüncədə nələrsə vətəndən öncə gəlir.Beləliklə asan şəkildə vətəni,azadlığı "digər" şeylərə dəyişdilər.Cəmiyyət isə öz həyatını xalq üçün qurban verənləri asan şəkildə "vətən xaini" kimi qəbul elədi. Kitab Əhməd Cavadın həyatını bir roman üçün kifayət qədər əhatə edir.Kitabı bitirdikdən sonra Şükriyyə xanımı xatırladıqda,şərtsiz olaraq insan "ürək yanğısı" keçirir.Məncə bu, Ülviyyə xanımın naaliyyətidir. Bir əsr keçməyinə baxmayaq,hadisələrin bir-birilə vəhdəti mükəmməl şəkildə əks olunub. Xoş mütaliələr!Kitabla qalın!
Ülviyyə Tahir
Ülviyyə Tahir
Şükriyyə Taleyim
Şükriyyə Taleyim
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
Şükriyyə Taleyim
Şükriyyə Taleyim
Ülviyyə Tahir
Ülviyyə Tahir
Dəfələrlə tab gətirə bilməyib dayandırdığın, ürək ağrısı ilə oxuduğun, sonunda udquna bilməyib, sadəcə susduğun, yazacaq söz tapa bilmədiyin... "Kitab bərabərində məni də bitirdi" cümləsi kifayət qədər açıqlayıcıdır, zənnimcə...
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Ülviyyə Tahirin "Şükriyyə taleyim" əsərini oxuyub bitirdim. Yazarın yaradiciligindan oxudum ilk əsər idi. Digər əsərlərini oxuyacağim kitablar sırasına əlavə etdim. Əhməd Cavadin günahsiz ola - ola, böhtan atılaraq həps olunmasina, həbsxanada verilən işgəncələr, məhkəmdə dediyi sözləri, Şükriyyənin qızı Almazın öldüyü zaman çəkdiyi acısına, körpə balasindan, uşaqlarindan zorla ayraraq sürgün edilməsi hissəsini oxuyanda göz yaşlarıma hakim ola bilmədim. Umumilikdə kitabda təsvir edilən hadisələr ürəyimi parçaladl
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Salamlar, əziz kitabsevərlər. Kitab repressiya qurbanı şair Əhməd Cavad və ailəsinin həyatına həsr olunub. Şair "vətən xaini" damğası ilə güllənir, həyat yoldaşı Şükriyyə xanım islah düşərgəsinə sürgün edilir, oğulları isə cəbhəyə göndərilir. Kitabı oxuduqca göz yaşlarına hakim olmaq mümkün deyil. Bu qədər üzücü kitabın ən xoş tərəfi isə oxuduqca Şükriyyə xanımın nə qədər güclü və ağıllı xanım olduğu görünür. Xoş mütaliələr!
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
·
Puan vermedi
·
22 saatte okudu
Qadınlar düşünün, bir günün içərisində əzizlərinə "xalq düşməni" adı verilmiş, işgəncələrə sürgünlərə məruz qalan ziyalı qadınlar, analar. Onların içərisində Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba Qızlar Seminariyasının rəhbəri Sənubər Eyyubova, Ceyran Bayramova, Ayna Sultanova və onlarla digər ziyalı qadın...Oxuyarkən sanki o dövrdə, o ziyalılarla, o şairlərlə, o maarifçilərlə, AXC-ni yaratmış o dahi insanlarla qarşılıqlı söhbət etmiş, bir süfrəni paylaşmış kimi hiss etdim. Haqqında filmlər çəkiləsi, dünya dillərinə tərcümə olunası, dərsliklərə salınası bir əsərdir.
Şükriyyə Taleyim
Şükriyyə Taleyim
Ülviyyə Tahir
Ülviyyə Tahir
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
10/10 puan verdi
·
8 günde okudu
Ü.Tahir "ALJİR" əsərindən sonra bu əsərilə də qəlbimi fəth etdi. Əsərdə Ə.Cavadın həyatı, müharibə dövründə etdiyi yardımlar, əziyyətləri, Şükriyyə xanımla sevgiləri, ailə həyatları, AXC dövrü və Sovet dövründə yaşadıqları o qədər gözəl təsvir edilmişdir ki "Azərbaycan" deyənlərin, vətənini sevənlərin "xain" adı ilə həbs edilməsi, güllələnməsi, xanımlarının isə Akmol düşərgəsinə gətirilməsi... O qara günlər xanımlar üçün daha ağır idi. Onlar əlləri qələm tutan qadınlar idi. Zərif, eyni zamanda ağıllı, savadlı qadınlar. Şükriyyə xanımın yaşadıqlarını oxumaq belə qəlbimi sızlatdı. O xanım həbsxanaya düşməyə bilərdi. Amma o, Əhməd Cavaddan boşanmağı qüruruna sığışdırmadı. Övladlarından ayrı 8 ilini o qorxulu yerdə keçirdi. Onun bu fədakarlığı, bu sevgisi insan qəlbində necə taxt qurmaya bilər?!
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
264 syf.
·
Puan vermedi
"Vətən xaini"nin Şükriyyəsi...vəfalı yarı, canına can qatanı, əsl Azərbaycan qadını... Əsər əsasən Şükriyyə xanımın hər kəsin keçdi sandığı "keşməkeşli həyatını", dilə gətirməsi, yazması belə çətin olan, yaşamaqdan daha çox yaşaya bilmədiyi həsrət dolu, nisgil qoxulu, cəfa ağuşuna tərk edilmiş illərinin bədii ustalıqla təzahürüdür... "Yazıb elə fərəzən günə çıxmısınız?" deyən bir sistem..."Bir dənə qələmim var, onu da istədiyim kimi istifadə etməyə qoymurlar..." Deyən Millətin haqq bağıran səsi..."İstəyirsiniz məni öldürün, bu kağızı imzalamayacağam. Mən nə həbsxanalardan, nə sürgünlərdən, nə də işgəncələrdən qorxuram, çünki bu mənim öz seçimimdir, Şükriyyənin seçimi." deyən Şükriyyə taleyim...şükür Xudaya!
Şükriyyə Taleyim
Şükriyyə TaleyimÜlviyyə Tahir · Parlaq İmzalar · 2021151 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.