Taun Gönderileri

Taun kitaplarını, Taun sözleri ve alıntılarını, Taun yazarlarını, Taun yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Elə kaş zəlzələ baş vermiş olaydı! Zəlzələ bir dəfə olur və qurtarıb gedir... Ölüləri,diriləri sayırlar,sonra söz-söhbət kəsilir. Amma bu xəstəlik çox səfeh şeydir.Xəstəliyə yoluxmayanlar da xəstəliyi ürəyində gəzdirir. "
Kilsələrdən ibadət əvəzinə nalə səsləri eşidilirdi. Soyuq və kimsəsiz küçələrdə qaçışan uşaqlar isə başlarının üstünü almış hədədən xəbərsiz idilər. Heç kim onlara keçmişdən, çantası hədiyyəli şaxta babadan, insan kədəri kimi qədim və eyni zamanda yeniyetmə arzusu kimi təzə ənənələrdən danışmağa cəsarət eləmirdi. Adamların qəlbində qalmış ümid işartısı elə köhnə, elə solğun idi ki, ölümdən qorunmaq üçün vacib olan cüzi cəhdlərə bir təhər bəs edirdi.
Sayfa 248Kitabı okudu
Reklam
Amma adam ancaq öz bilikləri və xatirələri ilə yaşayır və onları qazanc sayırsa, arzulardan təcrid olunursa bu çətin bir həyat olmalıdır.
Sayfa 277Kitabı okudu
Bu taunlu ölüm-dirim oyununda insanın yeganə qazancı tanışlıq və xatirə olur.
Sayfa 277Kitabı okudu
– Məni bir məsələ maraqlandırır, görəsən insanlar necə müqəddəsləşirlər? – Siz ki Allaha inanmırsınız. – Elədir. Amma bu gün tanıdığım ən çətin məsələ budur ki, görəsən allaha inanmadan müqəddəs olmaq mümkündürmü?
Sayfa 242Kitabı okudu
...anlamışam ki, bizim hamımız taunlu xəstələrik. Bu fikir mənə rahatlıq verməyib. Mən hələ də axtarışdayam, hamını anlamağa çalışıram, heç kimə düşmən kəsilmək istəmirəm. Bircə onu bilirəm ki, hər vasitə ilə çalışıb taunlu xasiyyətimizi dəyişməliyik.
Sayfa 240Kitabı okudu
Reklam
Amma mənə elə izah edirdilər ki, heç kimin öldürüləcəyi bir dünya qurmaq üçün bir neçə adamın öldürülməsi vacibdir.
Sayfa 238Kitabı okudu
– Xeyr, keşiş ata. Sevgi haqda mənim fikrim başqadır. Körpələrə əzab verən bir varlığı sevməyə ölüncə razı olmaram.
Sayfa 208Kitabı okudu
Xəstələr istərdilər həkimi də bütün dünyanı da özləri ilə o dünyaya aparsınlar.
Sayfa 184Kitabı okudu
Gecə-gündüz ərzində cəmi dörd saat yatan adam kövrəklik edə bilməz.
Sayfa 184Kitabı okudu
Reklam
Toz basmış, dəniz iyi verən, küləyin süzgəcə çəkdiyi bu kimsəsiz şəhər həyatdan uzaq düşmüş qəmli bir adacığa bənzəyirdi.
Sayfa 164Kitabı okudu
– Eybi yoxdur. Yadına sal ki, bir qol vurmaq üçün neçə fənd qurub, neçə top ötürməli olursan. – Əlbəttə, elədir, – deyə Ramber cavab verdi. – Amma oyun saat yarımdan artıq çəkmir.
Sayfa 150Kitabı okudu
– Yaxşı, Taru, axı sizi bu işə qoşulmağa nə vadar edir? – Bilmirəm. Bəlkə də daxili hisslərim vadar edir. –Hansı hissdir o elə? –Anlamaq hissi.
Sayfa 129Kitabı okudu
Allahdan çox tələsmək lazım deyil, vaxtı qabaqlamağa çalışanlar səhv yola düşürlər.
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.