Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Teizm Seminarları

Murtaza Mutahhari

Yorumlar ve İncelemeler

Tümünü Gör
408 syf.
·
Puan vermedi
·
39 günde okudu
Bu Şəhid Mütəhhərinin oxuduğum ikinci kitabı idi və məlumat çoxluğu cəhətdən ilkindən fərqlənirdi. Neçə müddətdir ağlımı qarışdıran suallarıma cavab tapdım və səhv bildiklərimin əsl mahiyyətini öyrəndim. Düşünürəm ki, kitabı həzm etdikdən sonra, yenidən oxumağıma ehtiyac olacaqdır.
Teizm Seminarları
Teizm SeminarlarıMurtaza Mutahhari · Parlaq İmzalar Nəşriyyatı · 030 okunma
Reklam
402 syf.
10/10 puan verdi
Teizm Seminarları
Bu kitab M. Mütəhhərinin “teizm” mövzusunda etdiyi on altı çıxışının və həmin seminarda iştirak edən alimlərlə elmi diskussiyalarının məhsuludur. Kitab kifayət qədər maraqlı, dövrü üçün yeni olan mövzularla zəngindir. Kitabın birinci hissəsində Allahın varlığının isbatı üçün konkret olaraq üç yol göstərilir və bu yollar ətrafında ayrı-ayrılıqda geniş elmi, fəlsəfi müzakirələr aparılır, güclü dəlillər irəli sürülür. İkinci hissədə isə diqqət çəkən mühüm mövzu “teizm və təkamül nəzəriyyəsi” haqqındakı müzakirələrdir. Bu mövzuda Mütəhhəri bir çox İslam alimlərindən fərqli olaraq yeni, maraqlı yanaşma ortaya qoyur; o sübut edir ki, əslində, Allahın varlığı mövzusu ilə Darvinin Təkamül nəzəriyyəsi heç bir halda toqquşmur.
Teizm Seminarları
Teizm SeminarlarıMurtaza Mutahhari · Parlaq İmzalar Nəşriyyatı · 030 okunma
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Mürtəza Mütəhhəri böyük İslam alim və filosoflarındandır. Kitabda onun teizm mövzusunda keçirdiyi seminarlarının məcmusu toplanıb. Bu kitaba görə, Allahın varlığını 3 yolla sübut etmək olar: 1. Fitrət və ya psixoloji yol; 2. Elmi və ya yarımfəlsəfi yol (öz növbəsində 3 istiqamətə bölünür: yaradılış, nizam və hidayət dəlili); 3. Fəlsəfi yol. Hər bir yol haqında kifayət qədər danışılır. Müəllifin necə də savadlı və araşdırmağı sevən biri olduğunu müşahidə edirik. "Teizm seminarları"nın davamında Mütəhhəri teizm və təkamül, teizm və şər məsələsi kimi bir sıra iradlara da cavab verir. Ən maraqlısı isə budur ki, Mütəhhəri təkamülü Allahın varlığına etiraz bilmir. Yəni, onun fikrincə, Allaha etiqad edən birinin təkamülə inanıb-inanmamasının mövzuya dəxli yoxdur. Həmin fikirlər məni çox düşündürdü(indiyədək təkamül nəzəriyyəsinin puçluğunu çox hörmət etdiyim şəxslərin dilindən eşitmişəm və çox maraqla oxuduğum şəxslərin qələmindən mütaliə etmişəm). Bu mövzunu araşdırmaq qərarına gəldim. Ümumiyyətlə, belə mövzuları sevən şəxslərə kitabı oxumağı şiddətlə tövsiyə edirəm(qalan şəxslərçün kitabın bəzi hissələri bir az ağır ola bilər). Xoş mütaliələr :)
Teizm Seminarları
Teizm SeminarlarıMurtaza Mutahhari · Parlaq İmzalar Nəşriyyatı · 030 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.