Terreo Gəmisinin Sirri

·
Okunma
·
Beğeni
·
27
Gösterim
Adı:
Terreo Gəmisinin Sirri
Baskı tarihi:
Kasım 2019
Sayfa sayısı:
160
Format:
Karton kapak
ISBN:
9789952367478
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Qanun Nəşriyyatı
Romanda Səfəvi hökmdarı İkinci Şah Abbasın hakimiyyət illərində Divanxana Katibliyindən Mirzə İman Zülqədər və şah qulamı Barsoğlu Yunisin İstanbula (Konstantiniyyəyə) gedən elçi heyətinin tərkibində səfərə qoşulması və başlarına gələn hadisələrdən bəhs edilir. Mirzə İman hələ İsfahanda olarkən latın dilində kitablarla maraqlanır və səfarətin tərkibinə daxil edilməsi ilə Osmanlı paytaxtından bu kitabları əldə edəcəyini ümid edir. Elçi heyəti İstanbula çatır, hörmətlə qarşılanıb yerləşdirilir. Mirzə İman əsas niyyətinə çatmaq üçün latın dilində kitablar almağa çalışır. Ancaq buna nail ola bilmir və başqa bir şəhərdən bu kitabları əldə etmək üçün dəniz quldurlarına qoşulmağa məcbur olur. Dostu və səfər yoldaşı Bars­oğlu da onu tək qoymur. Beləliklə əsas hadisələr də başlayır. İki dost anidən sirli cinayətlər, düşmən gəmilərinin təqibi və onlara dostca davranmayan dəniz quldurlarının arasında müəmmalı hadisələri araşdırmağa başlamalı olur. Yeganə çıxış yolları isə tez bir zamanda qatili tapmaqdır. Əks halda onları əsarət və ölüm gözləyir.
160 syf.
·1 günde·Beğendi·9/10
"Mövzusu"
II Şah Abbasın hakimiyyəti dövründən bəhs edir.Əsas hadisələr Mirzə Iman və Qulam Barsoğlunun ətrafında baş verir. Vəzir Mirzə Imana Şahın göndərdiyi səfarət heyəti ilə gedib dilmanclıq edəcəyini bildirir.Heyətdə Qulam Barsogluda vardir.Şahın elçiləri Istanbula gəlib çatırlar,Mirzə Iman Qalatada kitab mağazalarında latin dilində kitablar axtarır amma tapa bilmir.Istədiyi kitabları ancaq Selanikdə tapa biləcəyini deyirlər.Beleliklə Mirzə gizlincə gəmiçi ilə danışıb Selanikə getmək istiyir.Barsoğluda Imanla birgə getmək məcburiyyətində qalır.Gəmimizin adı Terreo gəmisidi.Gəmi dənizdə düşmən qüvvələrinin təqibinə məcbur qaldığı üçün başqa yönə gedir.Barsoglu buna qarşı çıxdığı üçün əl-qollarını zəncirləyib gəminin aşağı qatında saxlayırlar.Səhəri gün kapitanın sevimli pişiyi olan Basteti yoxa çıxır.Pişik dənizçilər üçün müqəddəs sayıldığı üçün narahat olurlar.Pişiyin itməsi ilə bəla və uğursuzluqlar baş verəcəyinə inanırlar.Qorxuya düşən kapitan Ziri adlı dənizçini qapısına keşikçi qoyur.Səhəri gün dənizçilər Zirinin öldürüldüyünü görürlər və hay-küy baş verir. Zirinin üzərinə xaç işarəsi çəkilib. Müsəlmanlar və Xrsitanların arasını vurmaqdan ötrü kapitanin etdiyini iddia edirlər.Barsoğlu burdan canlarını qurtarmaq üçün kapitanin yanina gedir və 2 günə qatili tapacağını bildirir,tapa bilməsə isə qul kimi satılmalarına razi olacağını qeyd edir.Beləliklə Barsoğlu və Mirzə Iman cinayəti araşdırmağa başlayırlar.
"Qırmız qar" tarixi-detektiv romanının davamı olan Terreo gəmisinin sirri romanını da çox bəyəndim. .Kitab olduqca axıcı dillə yazılıb.Tarixi məlumatlarla yanaşı maraqlı hekayələrdən,əfsanələrdəndə danışılıb.Yazar uğurlar diləyirəm və yeni kitablarını oxumaq üçün səbirsizliklə gözləyəcəm
Kitaba henüz alıntı eklenmedi.

Kitabın basım bilgileri

Adı:
Terreo Gəmisinin Sirri
Baskı tarihi:
Kasım 2019
Sayfa sayısı:
160
Format:
Karton kapak
ISBN:
9789952367478
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Qanun Nəşriyyatı
Romanda Səfəvi hökmdarı İkinci Şah Abbasın hakimiyyət illərində Divanxana Katibliyindən Mirzə İman Zülqədər və şah qulamı Barsoğlu Yunisin İstanbula (Konstantiniyyəyə) gedən elçi heyətinin tərkibində səfərə qoşulması və başlarına gələn hadisələrdən bəhs edilir. Mirzə İman hələ İsfahanda olarkən latın dilində kitablarla maraqlanır və səfarətin tərkibinə daxil edilməsi ilə Osmanlı paytaxtından bu kitabları əldə edəcəyini ümid edir. Elçi heyəti İstanbula çatır, hörmətlə qarşılanıb yerləşdirilir. Mirzə İman əsas niyyətinə çatmaq üçün latın dilində kitablar almağa çalışır. Ancaq buna nail ola bilmir və başqa bir şəhərdən bu kitabları əldə etmək üçün dəniz quldurlarına qoşulmağa məcbur olur. Dostu və səfər yoldaşı Bars­oğlu da onu tək qoymur. Beləliklə əsas hadisələr də başlayır. İki dost anidən sirli cinayətlər, düşmən gəmilərinin təqibi və onlara dostca davranmayan dəniz quldurlarının arasında müəmmalı hadisələri araşdırmağa başlamalı olur. Yeganə çıxış yolları isə tez bir zamanda qatili tapmaqdır. Əks halda onları əsarət və ölüm gözləyir.

Kitabı okuyanlar 1 okur

  • Rasi

Kitap istatistikleri

Okur puanlamaları

10
%0
9
%100 (1)
8
%0
7
%0
6
%0
5
%0
4
%0
3
%0
2
%0
1
%0