The Choice: Embrace the Possible

Edith Eger

The Choice: Embrace the Possible Gönderileri

The Choice: Embrace the Possible kitaplarını, The Choice: Embrace the Possible sözleri ve alıntılarını, The Choice: Embrace the Possible yazarlarını, The Choice: Embrace the Possible yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Zaman sağaltmır. Məsələ zamanı necə sərf etməyimizdədir.
Sayfa 399
İnsanlara kömək etmək normaldır, köməyə ehtiyac duymaq da normaldır, lakin başqasının öz-özünə kömək etməsinə şərait yaratmaqla ona xeyir yerinə, zərər vermiş oluruq.
Sayfa 375
Reklam
Keçmişi heç vaxt dəyişdirə bilmərəm. Ancaq xilas edə biləcəyim bir həyat var. Mənim həyatım. Hal-hazırda yaşadığım, bu qiymətli anda yaşadığım.
Sayfa 357
Yaşaya bilmədiyimiz həyat necə də asanlıqla ucaltdığımız yeganə həyata çevrilir. Nəzarətin əlimizdə olduğunu, həmişə əlimizdə olduğunu, etməli olduğumuz və edə biləcəyimiz, deməli olduğumuz və deyə biləcəyimiz şeylərin gücə sahib olduğunu fikirləşirik. Bunları etsəydik və ya desəydik, ağrıları sağalda, əzabları silə, itkini bərpa edə biləcəyimizə inanırıq. Biz edə biləcəyimizi və ya etməli olduğumuzu düşündüyümüz seçimləri necə də asanlıqla ilahiləşdirə bilirik.
Sayfa 356
Sağaldıqca biz real və potensial mənliyimizi qəbul edirik. Azadlıq qəbuletmə ilə bqaşlayır.
Sayfa 344
Görürəm ki, keçmiş indini ləkələmir, indi keçmişi yüngülləşdirmir. Zaman vasitəçidir. Zaman yoldur, biz isə yolçu.
Sayfa 341
Reklam
Ən çətin bağışlanası insan hələ üzləşməli olduğum insandır - özüməm.
Sayfa 328
İztirablarımızdan, keçmişdən həbsxana düzəltmək çox asandır. İntiqam, ən yaxşı halda, faydasızdır. Bu bizə edilənləri əvəz edə bilməz, əziyyət çəkdiyimiz yanlışları silə bilməz, ölüləri dirildə bilməz. Ən pis halda isə, intiqam nifrət dövriyyəsini davam etdirir. Bu, nifrətin davamlı sirkulyasiyasını təmin edir. Hətta qeyri-zorakı qisas almaq üçün imkan axtaranda biz təkmilləşmirik, eyni yerdə fırlanırıq.
Sayfa 327
Analar arxada qoyduqları insanların həyata tam sarıldığını bilənədək rahatlıq tapmırlar, bilirsinizmi?
Sayfa 338
Sağalma bu cür olur. Sən ağrını, qorxunu inkar edirsən. Nəyin bahasına olur olsun, bundan qaçırsan. Lakin bir gün ən çox qorxduğun şeyi qarşılayıb ona sarılmağın bir yolunu tapırsan. Və onda, nəhayət, getməsinə izn verə bilərsən.
Sayfa 323
Reklam
Çoxumuza xoşniyyətli də olsa, diktator lazımdır ki, günahı üstünə ata bilək, "Sən məni bunu eləməyə məcbur etdin. Mənim günahım deyil" deyə bilək. Lakin həyatımızı başqasının çətiri altında gəzib, sonra da islandığımıza görə şikayətlənərək keçirə bilmərik. Qurban vəziyyətinin tərifi budur ki, özünüzdən kənara fokuslanırsınız, xarici aləmdə cari vəziyyətinizdə təqsirləndirə biləcəyiniz, məqsədinizi, taleyinizi və ya dəyərinizi müəyyən edəcək birini axtarırsınız.
Sayfa 315
Hiss etmədiyin şeyi sağalda bilməzsən.
Sayfa 304
Uşaqlara ad qoyursan və onlar rollarına uyğun oynayırlar.
Sayfa 291
Nəyisə sübut etməyə çalışırsınızsa, deməli, azad deyilsiniz.
Sayfa 284
41 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.