Əsəri oxumağa başladığımda bir az sıxılırdım.Hətta əsəri yarıladığımda gözləntilərimin əksi olacağını və bir an əsəri heç sevməyəcəyimi düşündüm.Lakin belə olmadı,irəliləyən səhifələrdə əsər çox axıcı,maraqlı və təsirli olmağa başladı.
Keçək mövzusunaPaul həbsxanada ölümə məhkum edilmiş günahkarların gətirildiyi "E" blokunun baş nəzarətçisidir. Edam əmri verilən məhbuslar elektrikli oturacağa bağlanır və onlar ölənə qədər bədənlərinə elektrik verilir. Bir gün həbsxanaya digərlərindən boyuna və kilosuna görə çox fərqlənən,qeyri-adi görünüşü ilə diqqəti cəlb edən Con Koffi adlı bir məhbus gəlir.Onu 2 balaca qız uşağını öldürməklə günahlandırırlar. Hər kəs Con Koffinin görünüşünə baxmaqla belə buna rahatlıqla inansa da Paul buna inana bilmir.Qaranlıqdan qorxan,uşaq ruhlu,qeyri-adi şəfa vermə gücü olan Con Koffi həqiqətən də qatildir mi?Qatil deyilsə uşaqlar niyə onun qucağında ölü olaraq tapıldı?bu sualların cavabını əsəri oxuduğunuz zaman biləcəksiniz.))
Roman əsasında eyni adlı film də çəkilib.Film həqiqətən də tək kəlimə ilə möhtəşəmm idii...
İzləməyən varsa tövsiyə edirəm ki,mütləq öncə əsərini oxuyub,sonra da filmini izləsinn.