Emil Zolya "Tereza Raken"
3/5
Kitab çox sıxdı məni. Uzunçuluq çox idi. Amma, kitabın sonuna yaxın fikrim müsbətə doğru dəyişdi. Bir az empatiya quraraq oxuyurdum. Özümü Loranın yerinə qoyurdum. Təsəvvür edin birini öldürmüsünüz. Və onun kabusu sizi rahat buraxmır. Gördüyünüz, getdiyiniz hər yerdə sizinlədir. Fikirləşdikcə canıma vicvicə düşürdü.
Yasak aşkdan doğan cinayətdən söz gedir kitabda.Loran və Tereza istəklərini həyata keçirmək üçün Kamilli öldürürlər. Əsərdə ifrat dərəcədə ehtirasdan yaranan cinayətin doğurduğu fəlakət göz önünə gətirilir.