Thirst for Love

Yukio Mişima

Sayfa Sayısına Göre Thirst for Love Sözleri ve Alıntıları

Sayfa Sayısına Göre Thirst for Love sözleri ve alıntılarını, sayfa sayısına göre Thirst for Love kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Uşaqlar çox hissiyatlıdır. Onlara diqqət yetirməyəndə özlərini atılmış sayırlar. Qarşılıqsız sevgi halı ən çox uşaqlarda və qadınlarda olur - onların hər birinin öz atılmışlar dünyası var. Bir qayda olaraq, həmin dünyanın sakinləri səbəbsiz - filansız qəddar olurlar.
Sayfa 213 - Qanun NəşriyyatıKitabı okudu
Yaddaşımıza nə olur? Elədiyimiz əməllər yaddaşımızda iz qoymadığı bir vaxtda belə, bizi yenə qəlbimizin yaddaşı narahat edir.
Sayfa 230Kitabı okudu
Reklam
Saf, məsum təbəssüm qarşısında tab gətirmək çox çətindi.
Sayfa 235Kitabı okudu
Cəzalandırılmaq arzusunun özü də eqoizmin bir formasıdır.
Sayfa 245 - Qanun NəşriyyatıKitabı okudu
Əzablı şübhələrə dalmış Esuko Kensukenin sifətindəki komik ifadəni sezmirdi; o, nə bu axşam bayağı qadınsayaq boşboğazlıq eləyən Tiekonun səsini, nə Natsuonun uca, sağlam gülüşünü eşidirdi. Sanki dik yamacla əzablarının zirvəsinə dırmaşırdı, həmin əzablar da onu get - gedə daha yüksəyə cəlb edirdi.
Sayfa 247 - Qanun NəşriyyatıKitabı okudu
Oğlanın öz vədinə əməl eləməsi Esukonun qəlbini ağlagəlməz sevinclə doldurur, onu ümidləndirirdi - sevinci o qədər şiddətliydi ki, sinəsini qıdıqladı.
Sayfa 254 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
Elə adamlar var ki, onların məntiqi birmənalıdır: bunu sevmirsənsə, deməli, başqa birini sevirsən; əgər başqasını sevirsənsə, deməli, daha bir başqasını sevə bilməzsən.
Sayfa 262Kitabı okudu
Geri188
887 öğeden 881 ile 887 arasındakiler gösteriliyor.