Tənha Posts

You can find Tənha books, Tənha quotes and quotes, Tənha authors, Tənha reviews and reviews on 1000Kitap.
Heç vaxt insanlara qəzəbli olmamışam, daha çox əksinə olub, amma həyatımın ta ilk günlərindən həmişə onlardan qorxmuşam. Əvvəllər o qədər ünsiyyətcil idim ki, kimlə desən, dil tapırdım və nə zamansa tənhalığı cəza hesab edirdim, bəlkə də, bu elə belədir.
Tənhalıq eyni zamanda insanın həssaslığını artırır, əgər əvvəllər əzablardan kobudluğumla qorunurdumsa, indi yad ağrılara qarşı daha həssas olmağa başladım.
Reklam
Balzakın dünyasından boylanarkən öz dünyama başqa cür baxmağa başladım və bir çox böhranlardan, bir növ residivlərdən sonra müəyyən mənada ağrıyla barışdım, bundan başqa, özüm kəşf etdim ki, qəlbdəki zir-zibil əzab və iztirab atəşində yanıb külə dönür; alov instinkt və hissləri nəcibləşdirərək əldən düşmüş bədən üzərindən yüksələn ruhun qüvvəsini artırır. Bu zamandan etibarən taleyin mənə gətirdiyi acı həbləri şəfaverici vasitə kimi udmağa başladım və təhqirdən, əsarətdən başqa hər şeyi yaşamağı özümə borc bildim.
Əvəzində özünü tanımaqdan faydalı bilik yoxdur, əlbəttə, əgər bu, mümkündürsə.
Tənhalığın təhrik etdiyi ilk şey özünü və keçmişini çözməkdir.
Bütün həyatım boyu irəliyə, zirvəyə doğru can atmışam və bununla da məni aşağıya dartmağa çalışanların qarşısında haqlı olmuşam, bax tənhalaşmağımın da səbəbi budur.
Reklam
35 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.