Tərk Edilmişləri Qovuşduran Ruhlar

·
Okunma
·
Beğeni
·
7
Gösterim
Adı:
Tərk Edilmişləri Qovuşduran Ruhlar
Baskı tarihi:
16 Şubat 2017
Sayfa sayısı:
262
Format:
Karton kapak
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Nərmin Yayın Evi
Əziz oxucular, digər kitablardan məlum olduğu kimi üz qabığında müəllifin kitabda qeyd edilmiş olduğu sloqanlar yazılır. “Eyni yaralı iki qəlb birlikdə ikən daha tez sağalar” sloqanı ilə hal-hazırda sizə təqdim edilən bu roman müəllifin sayca üçüncü kitabıdır. Psixoloji-detektiv janrda yazılmış olan bu genişhəcmli roman həyatın müxtəlif sınaqlarından çıxmış iki gəncin bitmiş ümidlərinin son işartısında təsadüfi tanış olub, xoşbəxtliyə qovuşmasından bəhs edilir. Romanda həmçinin sevgi, intiqam, axıra qədər mübarizə, əzm, döyüşkənlik, itirməyi qəbul edə bilmək bacarığı, ailə-məişət problemləri və digər aktual məsələlərə həssaslıqla toxunulub. Romanın içliyində “Yenidən, və yaxud sıfırdan başlaya bilənlərə həsr olunur” cümləsi qeyd olunub. Romanı həyatından zərbə görmüş cütlüklərə motivasiya kimi də təqdim etmək mümkündür.

Kitabdan qısa parça:

“Hə, bir də, bilirsən, xüsusilə nə gözəldir? Mən ağrıyan zaman sən naümid baxışlarla mənə baxırsan. Bax onda, mən heç nəyə baxmayaraq, çətinliklə də olsa, gülümsəməyə məcbur oluram. Həmin anda sevinməyə çalışırsan. Sanki fiziki qanunların əksinə olaraq, bitmiş bir enerjinin səbəbsiz yerə bərpa olmağına ümid edirmiş kimi... Onda xəbərsiz halda bir-birimizi aldatdığımıza baxmayaraq, ikimiz də xoşbəxt oluruq, fərqi yoxdur bir saatlıq, bir dəqiqəlik ya bircə anlıq... Mənə elə gəlir ki, artıq geriyə doğru gedirəm. Ölümün cazibə qüvvəsi məni səndən sürətlə alıb uzaqlaşdırır. Bir neçə saatlıq ömrüm qalıb. Sabah yeni bir sürpriz vədini veribsən. Amma məncə buna çatdıra bilməyəcəyəm. Təsadüfə bax, hələ sən!; Sabah mənim doğum günümdür. Eyni zamanda həyatla vidalaşan günüm olacaq. Bunu bütün varlığımla hiss edirəm. 29 mayı sənin həyatında ömürlük olaraq, pis bir xatirə kimi möhürlədiyimə görə təəssüf edirəm. Ah, Tünarım, nə etmək olar! Sürprizlərlə dolu həyatda kimsə nədənsə sığortalı deyil. Amma... Bağışla!..

Bağışla məni!.. Həyatından belə tezliklə getdiyimə, səni tənha qoyduğuma, sənin üçün yaşaya bilmədiyimə və ən əsası, səni ağrılı xatirələrlə əbədi olaraq baş-başa qoyduğuma görə bağışla! Bədənim səni çox sevirdi... İndən sonra ruhum sevəcək!”

Kitabın basım bilgileri

Kitabı okuyanlar 2 okur

  • Ləman Novruzova
  • Farhad MustaFazada

Kitap istatistikleri