Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Tərsinə Addımlayan Kölgələr

Rahim Dünyamalı

Tərsinə Addımlayan Kölgələr Sözleri ve Alıntıları

Tərsinə Addımlayan Kölgələr sözleri ve alıntılarını, Tərsinə Addımlayan Kölgələr kitap alıntılarını, Tərsinə Addımlayan Kölgələr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Hər şeyə elm və siyasət deşiyindən baxmaq ağılsızlığı inkar edə-edə dəlilik eləməkdir.
Sayfa 80 - Başla*Kitabı okudu
İndi yaşantıların arxasında ancaq kinli kölgələr sürünürdü...
Sayfa 11 - Başla*Kitabı okudu
Reklam
Hamlet olmaq üçün gərək adamın qəlbi də Hamlet ola.
Sayfa 118 - Başla*Kitabı okudu
Küskünlər, qəlblərinin qaranlığında özlərinə işıq axtaran “kamillik” fədailəri ümidsiz gələcəyin fəlsəfəsi ilə nəfəs alıb yaşamağı böyük ruhi təmizlənmə hesab edirlər.
Sayfa 86 - Başla*Kitabı okudu
Fərdiyyət ictimai kədərin bətnindən doğulmalıdır.
Sayfa 58 - Başla*Kitabı okudu
Mən burada özümü itirmişəm. Tamamilə, büsbütün... Hə, hə, elə bil varlığımda tamam özgə bir adam yaşayır...
Sayfa 29 - Başla*Kitabı okudu
Reklam
Kim kimə inanır? Özümüz də özümüzə inanmamalıyıq!
Sayfa 28 - Başla*Kitabı okudu
“Biz itik! Bunu heç vaxt yaddan çıxarmamalıyıq. Allah bizə belə buyurmuşdur. Hürə-hürə dünyanı böyük-böyük günahlardan təmizləyirik. Sahibsiz yaşamaq bizə nəsib deyil. Sədaqətimizin çoxluğundan biz ancaq hürməyi bacarırıq. Günlərlə ac-yalavac qalsaq da, qışda soyuqdan üşüyüb donsaq da, eybi yoxdur. Biz öz yiyəmizi qarşıda gözləyə biləcək hər cür bəladan hifz etməliyik. Çünki biz ancaq bunun üçün yaranmışıq! Hürək və allaha dua edək ki, sədaqətli məxluq kimi böyük mərhəmətə layiq olub, insanın himayəsinə tapşırılmışıq...”
Sayfa 13 - Başla*Kitabı okudu
Sonra da, nəhayət, geniş, mavi göylərin altı... Bəzən insana darlıq edən cansıxıcı genişlik...
Sayfa 11 - Başla*Kitabı okudu
... çünki dirilər arasında ölü kimi yaşamaqdan və ya əksinə, ölülər arasında diritək dolaşmaqdan dəhşətli əzab yoxdur.
Sayfa 11 - Başla*Kitabı okudu
Reklam
... Hamının daxilində az da olsa cinayət rüşeymləri mövcuddur. Bu yalnız o zaman üzə çıxır ki, bütün pis duyğular adamı öz içindən söküb dağıdır, təmiz hisslərini kökündən baltalayır...
Sayfa 207 - Başla*Kitabı okudu
Bu da bir həqiqətdir ki, insanın xarakteri onun gördüyü bütün işlərdə ya zəif, ya da qabarıq şəkildə özünü əks elətdirir. Hətta bu zaman onun zahiri görkəmi, mənəviyyatı, əsəbi və ya sakit, hafizəli, yaxud qabiliyyətdənkəm, fərasətsiz, unutqan adam olması barədə düzgün qənaətə gəlmək olar.
Sayfa 16 - Başla*Kitabı okudu
Hərə öz dərdləri ilə tək qalmağa, məsum uşaqlıq illərini xatırlamağa meyil göstərir, vaxtının çoxunu özünüdərkə, hissi və əqli şaşqınlığın izahı məsələlərinə sərf edir.
Sayfa 16 - Başla*Kitabı okudu
Günahın çoxu bahalı paltarların altında gizlənmişdir. Qızıla tutulan günah ən sərt hakimlərin də silahını sındırır.
Sayfa 99 - Başla*Kitabı okudu
Qış öz vaxtında köçünü sürür, yazın gözəlliyini yayın qısqanclığı yandırıb külə döndərir. Payız gözünün qorasını axıtmalıdır. Çünki onun qəlbinə sirribilinməz gözü yaşlı mələk hakimdir. Dərdini özü çəkməli, özü öz içindən sovulub talanmalıdır.
Sayfa 83 - Başla*Kitabı okudu
47 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.