Təsadüf?!

Rasul Ali
Yazar:
Rasul Ali
Tahmini Okuma Süresi:
7 sa. 12 dk.
Sayfa Sayısı:
254
Basım Tarihi:
2021
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

10/10
·254 syf.··
Beğendi
·
2023 8. kitabı
Salam.Bu gün Öz yazıçımız,qələmi ilə yeni tanış olduğum Rasul Alinin "Təsadüf" kitabı haqqında yazacağam. Əvvəla onu qeyd etmək istəyərdim ki,Rasul bəyin qələmi ilə AOB sayəsində tanış oldum və həqiqətən belə yazıçılarımızın olduğunu görmək çox xoş təəssürtlar yaratdı. Kitabın məzmununu qısa danışsam, Kamilin hava limanında ayaqqabısından çıxan narkotiklə başlayır hər şey,Kamilin həyatı o an dəyişir.Əgər sübut edə bilməsə ki,bu onun deyil 7 il azadlıqdan məhrum ola bilər.Və 1 il əvvələ qayıdıb onun ora necə getməyinin şahidi oluruq.Ümumi götürsəm kitabın bəyənmədiyim tərəfləri olmadı,kitabda həm ən yaxın dostluqa,ailəyə qarşı sevgiyə, və bunlarla yanaşı xəyanətə də rast gəldim) Amma kitabın sonu deyərdim daha möhtəşəm sonluqla bitdi,elə bir son gözləmirdim.Bir nəfəsdə oxuna biləcək kitablardandır əslində,çox axıcıdır,oxuyanda sıxılmır insan.
2023 Okuma Raporları
Təsadüf?!Rasul Ali · 202125 okunma
7/10
·254 syf.··
2025 11. kitabı
·
20 saatte okudu
·
Okunma: 26 Şubat 2025 16:44
Uzun müddətdi azərbaycanlı yazarlarının qələmə aldığı romanlardan oxumurdum. Həqiqətən də bir nəfəsə oxunulacaq romandır. Axıcılıq və maraq baxımından insanı oxumağa sövq edir. Daim bundan sonra nə baş verəcək düşüncəsində qalmamaq üçün kitabı əldən yerə qoya bilmir insan)) Romanımızın baş qəhrəmanı hava limanında yoxlamadan keçərkən ayaqqabısının içindən narkotik vasitəsi tapılır. Daha sonra bu narkotik vasitənin ona aid olmadığını sübut etməyə çalışırlar. Sonda isə gözlənilməz hadisələr baş verir. Romanın ən sevdiyim hissəsi hadisələrin Bakıda baş verməsi və dostluq münasibəti üzərindən davam etməsi oldu. Zehni işlə məşğul olub, istirahət etmək məqsədiylə kitab oxumaq istəyənlər rahatlıqla bu romana başlaya bilər. Xoş mütaliələr :D
Təsadüf?!Rasul Ali · 202125 okunma