"Sən mənim üçün başlanğıcın başlanğıcısan. Sən mənə sədaqətli olmaq ifadəsinin mənasını öyrətmisən. Əgər gözlərimin arxasında kamera olsaydı, bilirsən nə edərdim? Hər gün sübhdən oyandığımız anları kameraya köçürüb bir film çəkərdim, filmi çəkib qurtarandan sonra onu sənə də göstərərdim. Onda başa düşərdin ki, səninlə bir yerdə olmaq mənim üçün nə deməkdir. Sən mənim üçün əbədi gözəl olan bir yay günüsən. Maydan oktyabr ayına qədər davam edən gözəl bir yay günü. Hər gün günəş şüaları, gözəl yay havası. Mən yay günündə yay səmasında uçan bir quşam. Məni uca göylərə uçurdan sənsən. Hər dəfə sənə baxanda elə hiss edirəm ki, günəşə bu qədər yaxın olub sağ qalan yeganə insan mənəm. Günəşim, qanadlarımı əritmə!"