Kitabda müəllifin türk xalqlarının ədəbi-mədəni və mənəvi əlaqələrinə, klassik və müasir Azərbaycan mədəniyyətinin diqqətəlayiq hadisə və şəxsiyyətlərinə dair araşdırmaları toplanıb. Sadə, anlaşıqlı üslubda qələmə alınan tədqiqatlar fakt və hadisələrin zənginliyi, habelə onlara münasibətin orijinallığı ilə seçilir. Bu faktların əksəriyyəti milli ədəbiyyat tariximizdə ilk dəfə araşdırılır. Kitab filoloqlar, tarixçilər, türkoloqlar, habelə türk mədəniyyətlərinin müştərək irsini öyrənən mütəxəssislər üçün maraq doğura bilər.