Tahmini Okuma Süresi:
3 sa. 58 dk.
Sayfa Sayısı:
140
Basım Tarihi:
Şubat 2019
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Türler:
Reklam

Yorumlar ve İncelemeler

4 günə də bitirə bilərdim. Amma bekar olsaydım.
Puan vermedi·140 syf.··
2024 17. kitabı
·
15 günde okudu
·
Okunma: 29 Eylül 2024 18:46
Sonu pis qurtarsaydı ,bəlkə gəlib bütün hirsimi təhlildə qeyd edərdim....Amma yaxşı bitdi, və nə yazacağam deyə düşünürəm))). . Müəllimlik peşəsinə heyran olacağınız bir kitabla qarşınızdayam. Bu peşəni isə təzəcə Ümid kəndinə təyin olunmuş gənc müəllim Türkan sayəsində bir daha sevəcəksiz. . Şəhərdəki gözəl şəraitini bu təyinat nəticəsində tərk edib qazı , telefon xətti, suyu olmayan şəraitsiz bir yerdə yaşamağa çalışmaq...... Haqsızlığa dözə bilmirsən deyə sənə qarşı edilən haqsızlıqlarla mübarizə aparmaq...... Köməyə ehtiyacı olanlara yardım əlini uzatmaq, bir çox gəncin həyatına günəş kimi doğmaq..... Hər kəsin unutdugu bir kəndə yenidən can vermək , qazanılmış uğurlarla kəndi, məktəbi bütün ölkədə tanıtmaq.... Türkan çox sevilirdi həm məktəbdə həm də kəntdə... Hər kəsin sevgisini qazanmış bu qızcığaz öz qrup yoldaşı Ümidin də qəlbini almışdı..... Ölümündən sonra birini sevə bilərmi insan?! Türkan bu sevgini sonradan cavabsız qoymamaqla yanaşı hətta bu sevgiyə sadiq qalmışdı..... Kitabla bağlı təhlilim bu qədər. Mövzunu oxuyaraq öyrənməyinizi istəyirəm deyə dəqiq heç nə qeyd etmirəm. . Tural Sahab yaradıcılığından oxuduğum ilk kitab idi və əminəm ki, son olmayacaq. Xoş mütaliələr...
1000k
TürkanTural Sahab · 201917 okunma
7/10
·140 syf.··
Beğendi
·
2024 173. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Ekim 2024 16:10
Əslində, çox qəşəng başlamışdı kitab. Oxumağa başladığım zaman klassik Azərbaycan ədəbiyyatının - İsmayıl Şıxlı, İlyas Əfəndiyev qələminin dadını hiss etmişdim. Amma kitabın ortalarına gəldikcə həmin üslub zəiflədi, zəiflədi, sadə düz yazıya çevrildi. Hadisələr bəsit şəkildə axdı, sadəcə. Bədiilik cəhətdən zəif olsa da, ümumi hekayə, hekayənin vermək istədiyi mesaj qəşəng idi. Baş roldakı Türkanı İlyas Əfəndiyevin Nuriyyəsinə ("Söyüdlü arx") bənzətmək olar bir az. Peşəsinə olan sevgisi, qərarlarından dönməzliyi, dözümlülüyü Nuriyyəni xatırlatdı mənə. Amma Türkanı bir obraz olaraq sevmədim. Əsərin əsas, müsbət obrazıdır bəlkə, amma niyədirsə, mən 0 qüsurlu, ideal, mükəmməl obrazları sevmirəm. Saxta görünür bir az. Türkan da elə təsir buraxdı. Zaman itkisi sayılmayacaq qədər yaxşı idi. Amma müəllifin "Canavar ovu" kitabını daha çox sevmişdim.
Edebiyat
TürkanTural Sahab · 201917 okunma
10/10
·140 syf.··
Beğendi
·
2024 27. kitabı
·
8 günde okudu
·
Okunma: 06 Mayıs 2024 12:12
Redaktordan oxucuya... Müəllim olmaq işıq olmaq deməkdir. Elə bir işıq ki, saysız-hesabsız ömürlərə yol göstərəcəkdir... Müəllimin bir sözü, bir cümləsi, bəzən bircə baxışı belə kiminsə həyat devizinə çevrilir, yaşam düsturu olur... Tural Sahab özü də müəllimdir. Onun da mayak olduğu gəmilər çoxdur... Və indən belə də olacaq... Amma, müəllim olmağın ülviliyində xoşbəxt olan Tural Sahab üçün xoşbəxtliyinin çizgiləri yazmaqdan keçir. O, arzularını, ümidlərini, sevgisini, bəzən də gözünün qarşısında həyat dalğalarıyla mübarizədə məğlub olan gəmilərin vida nəğmələrini yazır... “Onun adı Elyanora deyil”, “Ləman”, “Bir” kitablarının müəllifinin “Türkan”ı da bizə yad deyil. Doğmamızdır... Özümüzdür... Yerinə yetməyən arzularımız, bəzən də, uğurumuzun adıdır. İnanıram ki, özü dediyi kimi, nə vaxtsa Tural Sahabın “iyirmi birinci” romanını da oxuyacağam... Oxuyacağıq... Şəfa Vəli (AYB və DGTYB üzvü)
TürkanTural Sahab · 201917 okunma
10/10
·140 syf.··
2024 56. kitabı
Müəllifdən oxucuya... Ölümün olduğu yerdə nəyi ciddiyə almaq olar?! Bu suala əsrlərdir düşünməyi bacaran bütün insanlar
TürkanTural Sahab · 201917 okunma