Günahsız bir insanın azadlıq yolundakı mübarizəsinin səmimi bir dillə qələmə alındığı bir əsər.Quldarlığın ən yaxşı təsvir olunduğu əsərlərdən biridir deyə bilərəm.
12 il ərzində Solomon Northup'ın qul olaraq çəkdiyi əziyyətlər, işgəncələr əsərdə daha ətraflı oxucuya çatdırılmışdır. Və 12 il boyunca azadlıq ümidini bir an olsun itirmədən mübarizə aparmışdır. Rəngi ağ olub da , qəlbi qapqara olan insanlarla dolu olan bu dünyadan ədalət gözləmək mənasızdır.
Həqiqətən ən çox hansından qorxduğuma qərar vermək çətindir: itlər, timsahlar ya da insanlar...