Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Üfüqün əks tərəfi

Marc Levy

Yorumlar ve İncelemeler

Tümünü Gör
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Kitab oxuduğum ən möhtəşəm kitablardan biri ola bilərdi. Mark Levinin qələminin həqiqətən çox gözəl olduğunu anladım bu kitabla. Bundan öncə də "Bəlkə də bu həqiqətdir" kitabını oxumuşdum və o kitabını da çox bəyənmişdim. Mark Levi insanlara daha çox həyatı hiss etməyi,anı yaşamağı çatdırır kitabla. Və bu kitab da məni çox təsirləndirdi. Kaş ki ətrafımda daima bu kitabdakı kimi əsl dost deyəcəyim insanlar olsa... Hər kəsə oxumasını tövsiyyə edirəm. İndidən hər kəsə xoş mütaliələr! :)
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
Reklam
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Bir kitab ancaq bu qədər mükəmməl ola bilər. Əsərdə nevroloji elmlər üzrə təhsil alan 3 tələbədən( Coş,Hop və Luk )bəhs olunur.Bu üç gənc beyin hüceyrələrini toplama üzrə araşdırmalar edir.Coş və Hop bir-birlərini sevirlər. Əslində Luk da Hopu sevir lakin bunu bildirmir. Bir gün Hop ölmcül xəstəliyə tutulur və az ömrü qaldığnı öyrənir və sevgilisi Coş onu beyninin cihaza köcrülüb saxlanmasına razı salır.Hop vəfat etdikdən sora Coş da Hopun yoxluğuna dayana bilmir həyatına son verir.Lakin öncədən bağladığı müqavilə sayəsində oda öz beynini cihaza köçürtdürməyə nail olur.Uzun müddət sonra Coş və Hopun beyni başqa bədənlərdə doğlur...Elmi fantastik əsər olsada insan düşünmədən dura bilmir görəsən belə bir şey ola bilərmi. Oxumağa dəyər
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Mark Levinin oxuduğum 3-cü kitabıdır. İlkini 2 il əvvəl oxumuşdum. Son 2-ni isə oxumağımın xüsusi səbəbləri var. 9/10 balla qiymətləndirməyimin səbəbi başlarda obrazların adlarının bəzi yerlərdə qarışdırılmasıdır. (Düşünürəm ki, bu tərcümə səhvidir) Ümumi götürsək, bəyəndiyim kitablardan oldu, hətta bitirəndə ağladım. (çox az kitabda belə olub) Zövqlər və rənglər fərqli olduğundan hamının bəyənəcəyini iddia etmirəm, lakin çoxunuzun bəyənəcəyinizi düşünürəm. Oxumaq istəyən hər kəsə xoş mütaliələr!
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
8/10 puan verdi
·
11 günde okudu
Marc Levi çox bəyəndiyim yazıçıdır və bu kitabla onun dəsti-xəttini daha da aydın və güclü şəkildə dərk etdim ki,yazıçı daha çox tibblə bağlı fantastik,ağla sığmayan ,amma həqiqətən də real ola biləcək,həmişə müzakirə mövzusu olan məsələləri işıqlandırır. Düzdür,bu kitabın ilk 200 səhifəsində heç bir düyün nöqtəsi yoxdur və monoton gəlir,lakin son 100 səhifəsi,bəlkə də ,mən bu yazara qarşı sentimental olduğum üçün məni təsirləndirdi,həmçinin kuliminasiya və düyünün açılmasın özündə birgə gətirdi. Sadəcə sona yaxın sanki bütün hadisələr toplusunu bir "bölümə" sığışdırılmış olması məni narahat etdi,amma belə də pis deyildi.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
Reklam
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Mark Levinin oxuduğum ilk əsəri idi. Rastlaşdığım ən möhtəşəm sevgi hekayəsidir desəm şişirtmərəm həqiqətən. O qədər təsirli və sarsıdıcı idi ki.. bəzi yerlərində göz yaşımı tuta bilmədim. Üç dostun - nəticəyə əsasən dost demək nə qədər doğru olar bilmirəm, amma ümumi dost adlandıra bilərik. Hə, üç parlaq zəkalı dostun elmi macərası deyə bilərik. Amma bunlardan ikisi elə bir sevgi cığırına atılır ki, gəl görəsən. Adi bir "sevgi" macərası olmadığını da vurğulamaq istərdim. Əsərdə bəyəndiyim bir şeydə o oldu ki, yazıçı kitabın müəyyən hissələrini hər üç şəxsin də dilindən nəql edib. Buda hər birinin ayrıca hiss, emosiya və düşüncələrini görməkdə bizə rahatlıq yaradır. Müəyyən bir hissədə hər şeyin bitdiyi yerdə kitaba başqa bir hekayənin daxil olması məni təəssüfləndirdi. Hətta çox sıxılmağa başladım o hissələrdə. Amma sən demə o qədər də yad bir hekayədən danışmırmış. Deyilənlər elə məhz üfüqün əks tərəfi imiş. Hop və Coş.. Əsər "mümkünsüzlük qədər absurd heç bir şey yoxdur" prinsipini daşıyır. Və hamınızı bu əsrarəngiz kitabı oxumağa səsləyirəm.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
8/10 puan verdi
·
Beğendi
Üfüq sadəcə bir sərhəddir, onun əks tərəfində mümkünsüzlük yox, sərhədsizlik mövcuddur….. Reinkarnasiyaya inananlar üçün bu roman gələcək haqqında sətiraltı mesajdır, inanmayanlara fantastika. Realistlər üçün utopiyadı, xəyalpərəstlər üçün ümid. Tibbin sərhədlərində dirəncdi, “O tərəf”də sadə ehtimallardan biri. Sevənlər üçün bu roman mütləqdir – sevgisi mütləq olanlar üçün – Utopiya, ümid, fantastika və ya gələcək reallıq – fərqi yoxdur, mümkünlüyə məhkumdur, mütləqdir.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
·
Puan vermedi
·
3 günde okudu
Kitabın hər cümləsini paylaşmaq istəyirəm, ancaq sizə bu pisliyi etməyəcəm. Marc Levy-inin əsərlərini oxuduqca onu "Ən sevimli yazarım" adlandırmağa bir addım daha yaxınlaşıram. Kitabın üzərindəki bu şəkilləri ilk öncə heç bir mənasız, kitab üzü olduğunu fikirləşmişdim, amma sona yaxın kitabın üz qabığına ayrı vuruldum.Çox gözəl bir əsər idi. Həyata yenidən gəlsəydim, ilk oxuyacağım beş kitab içərisində bu kitab öz yerini mütləq tutardı. Tövsiyə edirəm.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
10/10 puan verdi
·
6 günde okudu
Möhtəşəm bir hekayə və məni son fəsillərini oxuduğumdan bəri şoklar içərisində bıraxan bir roman idi deyə bilərəm. Spoiler vermədən onu deyə bilərəm ki, hekayənin əvvəlinin çox yavaş getməsi sizi aldatmasın əksinə oxumağa davam etdikcə və eləcə də hekayənin kulminasiya nöqtəsinə çatdığınız zaman heç də təəsüflənməyəcəksiniz mənim kimi. Demək istədiyim bir məqam isə hekayədə bəhs olunan o elmi kəşf barəsindədir, oxuyarkən belə bir ixtiranın mövcudluğu həmçinin əgər varsa ictimaiyətə elan olunub popular hal olarsa necə olardı deyə düşündüm. Bir bədənin ölümü və o bədəndə bir başqasının ikinci həyat qazanması… Doğmalarını itirənlər üçün həm yaxşı həm də pis xəbər kimi ola bilər bu kəşf , niyə həm yaxşı həm də pis deməyimi isə əsəri oxuduğunuz zaman anlayacaqsınız(spoi olmasın:). Son olaraq isə, kitabı hələ təzə oxuyarkən proqramdakı alıntılara baxarkən Coş və Hop arasında keçən bir dialoq qarşıma çıxmışdı; “… bütün bunlar üfüqün əks tərəfində ola bilər. …. Coş, mənim üfüqümün əks tərəfi “ bu ifadə məndə hekayə ilə bağlı bir fikir formalaşdırmışdı amma sonluq gözlədiyimdən də qat-qat təsirli və şok edici oldu.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
Reklam
336 syf.
7/10 puan verdi
·
8 günde okudu
‘Üfüqün əks tərəfi’ Marc Levy ilə ilk tanışlığımdır. Elmi fantastik əsərlər məni cəlb etmir əslində. Fantastikanın zatən mümkünsüzlüyünü bilirəm və oxumaqla vaxt itirirmişəm kimi düşünürəm. Amma bu əsərlə ‘mümkünsüzlüyü’ düşünüb öz xəyal gücümüzün pik dərəcədə böyüklüyü ilə razılaşdım. İnsan həqiqətən ən ali varlıqdır. Olmazları olduran, buna gücü çatan bir varlıq. Bundan əlavə romanda sevgi çox sarsıdıcı və duyğunlandırıcı dərəcədə hekayə olunur. Ümid edirəm ki, bir gün hamımız Hop və Coş’un sevgisi kimi bir sevgiylə qarşılaşarıq..
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Ən sevdiyim kitab dediyim kitab... Üfüqün əks tərəfi... Kitabın arxasındakı yazıları oxuyanda tibb adı çəkilmişdi və mənə çox maraqlı gəlmişdi. Aldım və oxudum. MÖHTƏŞƏM. Həm sevgi, həm elm, həm tibb, həm də dostluq.. Kitabın üç əsas qəhrəmanı olan Coş, Hop və Luk üçlüsünü hər nə qədər tam dost adlandıra bilməsəm də dost deyə bilərik. Kitabı bitirdikdən sonra məni həqiqətən çox sarsıtmışdı. Kitabda tam bitdi dediyiniz anda yeni bir hekayə başlayır. Deyirsiz bu nədir, bu kimin hekayəsidir.. Ama hər şey sonda bəlli olur. Necə deyərlər həmin hekayə əvvəlki hekayənin "Üfüqünün əks tərəfi" olur... Hop..Coş... Lukun itən sevgisi... Hop və Coşun söhbətləri... Kitabın üz qapağında da dərin bir məna gizlidir. Bu kitabı dəfələrlə oxumuşam və hər oxuyanda da göz yaşları ilə bitirmişəm. Tövsiyə edirəm. Marc Levy'dən başqa cür əsər gözlənilməzdi onsuzda :) 1+2=2 "Səni sevmək bir imtiyaz idi. Səni sevirəm. Sənin Coşun."
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
7/10 puan verdi
·
34 günde okudu
Öncelikle kitabı çok beğendiğimi söyleyip de başlamak istiyorum. SPOİLER.Kitap bende çok derin izler bıraktı,en sonu ise beni derinden yaraladı.Ama herşeyi sona saklamışlar gibi geldi.Bu kısmını sevmedim o yüzden.Fantastik bir yapısı var,Marc Levi nin okuduğum 2 ci romanı olduğu için bunu söylemek isterim ki,yazar çoğu eserlerinde gerçeklik dışı yazıyor.Hop ve Coşun sevgisindenmi yoksa Lukun Hopa gizli aşkındanmı,Kasukonun yaşadıklarından mı yazsam bilemedim.Kitapta sevgide çok yoğun ve insana dokunuyor.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
8/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
- Qəlbimizdəki yaralar, bizim üçün xüsusi yeri olan insanlar tərəfindən açılır. Kitabdan kiçik bir alıntıdı. Kitab çox rahat və maraqlıdır. Heç sıxılmadan oxudum. Kitabda həm elm, həm sevgi, həm də dostluq haqqında yazılmışdır. Bəziləriniz düşünə bilər ki elmi şeylər yazılıbsa sıxıcı olar və mən başa düşə bilmərəm amma əksinə yazar o qədər aydın və başa düşülə biləcək tərzdə yazıb ki, kitaba xüsusi maraq qatan hissə məhz bu olub. Bəzi kitablar olur ki, oxuduqca sonunu az da olsa təxmin etmək olur. Ancaq bu kitabın sonunu təxmin etmək çox çətindir. Qısacası oxumağı tövsiyyə edəcəyim kitablardan biri oldu
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Spoiler!! Təsirindən çıxa bilmədiyim kitablardan biri oldu bu kitab.Kitabda həm bir sevgi hekayəsi,həm də inanılması mümkün olmayan ama mümkünsüz də olmayacaq bir elmi kəşvdən bəhs edilir.Məncə vurğuladığı ən əsas yer insanların bir birinin bədənlərini yox,ruhunu sevdiyini,sevgin beyində və ruhda var olduğudur.Həqiqi sevginin isə bədənlər dəyişsə də,aradan uzun müddət keçsə də unudulmadığı və kiçik qığılcımlarla eyni ağılda başqa bədənlərdə yenidən həyata qayıtmasıdır.Bəli bu həqiqətdən uzaq kimi görünür,ama bəlkə də bu həqiqətdir.Hop və Coşun sevgi hekayəsi və üfüqün əks tərəfində onların ruhlarının fərqli bədənlərdə bir birlərini tapması məni çox duyğulandırdı.Möcüzələrə və sevginin gücünə inananlar üçün çoox gözəl bir kitabdır.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
·
Puan vermedi
·
Beğendi
"Heç bir şey qeyri -mümkünlük qədər təhlükəli ola bilməz!" V. Hüqo Əsəri alıb hər kəsin oxumasını tövsiyyə edirəm, məişət dilində yazılmış içinə elmi terminlər əlavə edilmiş Mark Levy "nin böyüklüyünə yaraşacaq tam mənasında möhtəşəm bir əsər idi. Əslində tam fərqli formada yazılmış oxuyacağım sırada iki əsər daha var idi. Yalnız adı, üz qabığı və ən nəhayətində içərisindəki qeydlərlə məni öz xəyal dünyasına yenə cəlb etməyi bacardı, cənab M.Levi. Üç gənc -bir qızı sevən iki oğlan, sevginin necə böyük gücə malik olması, elmin necə böyük bir okean olması və biz insanların bu okeanın sadəcə kiçik bir hissəsi ilə tanışlığımız başqa sözlə desək hələ kəşf edilməli bir çox şeydən məlumatsız olmağımız məni bir az qorxutsa da yazıçının təxəyyülü məni özünə yenə heyran qoymağı bacardı. Sonda onu da qeyd edim ki : "Əslində həyatımızdakı ən böyük xoşbəxtliklər, bizə kiçik görünən anların içərisində gizlidir."
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
336 syf.
10/10 puan verdi
·
Beğendi
Fərqli bədənlərdə olmağın heç bir önəmi yoxdur, ruhunla bir olanı tapdıqdan sonra...Ruhunla sevəcəksən və qarşındakının ruhuna dəyər vercəksən...Bunu Leyvin qələmindən də oxumaq maraqlıdır...
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfiMarc Levy · Qanun nəşriyyatı · 2018233 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.