Ürəkbulanma

Jean-Paul Sartre

En Beğenilen Ürəkbulanma Sözleri ve Alıntıları

En Beğenilen Ürəkbulanma sözleri ve alıntılarını, en beğenilen Ürəkbulanma kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
… Boş şeydir, bu barədə danışmağa dəyməz. Məhz elə bundan qaçmaq lazımdır-ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir etməkdən.
Pdf
"Nə qədər ki, yaşayırsan, heç bir macəra baş vermir. Dekorlar dəyişir, insanlar gəlir və gedir, vəssalam. Heç vaxt heç bir başlanğıc yaranmır. Saysız-hesabsız və eyni cür günlər heç bir məna daşımadan bir-birinin üzərinə əlavə olunur. Zaman-zaman ümumi deyil, xüsusi yekunlar çıxarıb özünə deyirsən: bax, artıq üç ildir, səyahətdəyəm, yaxud üç ildir ki, Buvildə yaşayıram. Və bütün bunların sonu da yoxdur: qadını, dostu, hansısa şəhəri bir cəhdlə atmırlar. Sonra isə onların hamısı bir-birinə bənzəyir, istər Şanxay, Moskva və ya Əlcəzair olsun, 10-15 il sonra onların hamısı eyni bir görkəm alır. Bəzən təsadüfən öz vəziyyətinə dərindən göz yetirə bilirsən: hansısa qadının səni öz kəməndinə saldığını, çirkli bir hadisəyə bulaşdığını anlayırsan. Ancaq bu çox qısa bir an içində olur. Sonra hər şey əvvəlki kimi gedir və sən saatları, günləri bir-birinin üzərinə qalamaqda davam edirsən. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə. Aprel, may, iyun. 1924, 1925, 1926. Bu, həyat adlanır. Ancaq sən nə vaxt ki, öz həyatını danışmağa başlayırsan, hər şey dəyişir, yalnız heç kim bu dəyişikliyi görmür."
Sayfa 63 - Qanun Nəşriyyatı - vaxt keçdikcə anlayıram..
Reklam
Mənim heç bir çətinliyim yoxdur- rentaçı kimi varlıyam, müdirim, arvadım və uşaqlarım yoxdur; yeganə çətinliyim mövcud olmağımla bağlıdır. Bu çətinlik o qədər qeyri- müəyyən və metafizik bir mücərrədlikdir ki, mən buna görə xəcalət çəkirəm.
Sayfa 163Kitabı okudu
Vauu)
Hər şeyin qoyulmuş qaydalarla baş verdiyi dünyada nədən qorxasan?
Sayfa 4
Bir şeylər başlayır, bitmək üçün.
Mənim xatirələrim şeytanın pul kisəsindəki qızıllar kimidir, açırsan, orada quru yarpaqlardır.
pdf
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.