Uşaq Ürəyi

Edmondo De Amicis
“Uşaq ürəyi” uşaqlar üçün vəfalı bir dost, valideyn və müəllimlər üçün ələdüşməz bələdçi, müəllimlər üçün isə zəngin həyat təcrübələrindən ibarət bir laboratoriyadır. “Uşaq ürəyi” İtalyan xalqının böyük yazıçısı, pedaqoq Edmondo de Amiçisin şah əsəri, klassik uşaq ədəbiyyatının nadir nümunəsidir. O, bu kitabı oğlunun ibtidai məktəbdə tutduğu gündəliklər əsasında qələmə almışdır. İlk dəfə 1886-cı ildə nəşr olunan kitab, demək olar ki, bütün dünya dillərinə tərcümə olunmuşdur. Pedaqogika mütəxəssisləri bu əsəri “Dünyanın ən faydalı uşaq kitabı” kimi qəbul edirlər. Bu kitabı fransız dilinə tərcümə edən yazıçı A.Piazzi əsəri yüksək qiymətləndirir: “Bu kitabı oxumayan uşaq bədbəxt sayılır. Bu kitabı uşaqlarına oxutmayan ana-ata və müəllimlər buna görə məsuliyyət daşıyırlar. Və bu kitabın oxudulmadığı məktəb məktəb deyildir”. 100 ildən çoxdur, bütün dünyanı dolaşan və uşaqların əlindən düşməyən bu klassik əsərin dilimizdə nəşr olunması əlamətdar hadisədir. Uşaq ürəyi”nin başlıca amalı sabahın böyükləri olacaq uşaqlarımızı yaxşıya, gözələ, doğruya yönəltmək və onları yaxşı insan - yaxşı vətəndaş olaraq ailə, cəmiyyət və bəşəriyyət üçün faydalı bir fərd kimi yetişdirməkdir. Bir uşağa ən böyük yaxşılığı etmək istəyirisinizsə, ona Uşaq ürəyi”ni oxudun. Qoy uşağın qəlbi bu kitabla döyünsün, əxlaqı bu əsərlə gözəlləşsin. Uşaq ürəyi”ni oxuyan və kitabdakı qəhrəmanın keçirdiyi hisləri yaşayan bir uşaq pis insan olmaz. Bu kitabda hər şey var: valideyn sevgisi, vətən məhəbbəti, xeyirxahlıq, dostluqda vəfa, elmin dəyəri, çalışqanlıq, zəhmətin ucalığı... Ən əsası da hadisə və təsvirlərə uşaq ürəyinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub... Həyat uşaqların gözündə necə də gözəl və mənalıdır..
Author:
Edmondo De Amicis
Edmondo De Amicis
Translator:
İmanyar Quliyev
İmanyar Quliyev
Estimated Reading Time: 8 hrs. 6 min.Page Number: 286First Publication Date: 1886Publisher: Qanun Nəşriyyatı
Country: AzerbaijanLanguage: AzericeFormat: Karton kapak

Comments and Reviews

See All
286 syf.
8/10 puan verdi
·
Read in 14 days
Həyatın özündən
Kitabdakı xatirələrin təməli 1886-cı illərdə İtaliyada yazıçı Edmondo de Amiçisin oğlu tərəfindən gündəliyə yazılır. İlin axırında Edmondo de Amiçis bu qeydləri toplayaraq və bəzi düzəlişlər edərək gündəliyə öz qeydlərini də əlavə edir. 4 il sonra isə həmin uşaq yazıları oxuyub bəzi əlavələr edib. Kitabda hər mövzuya toxunulub demək olar ki. Dostluq, xeyirxahlıq, vətənpərvərlik, vətən sevgisi, ailə dəyərləri, valideyn sevgisi, elmi dəyərlər, zəhmətin bəhrəsi. Bəzi yerlərində təsirlənə bilərsiniz, bəzilərində uşaq kimi sevinə bilərsiniz. Hadisələr çox ətraflı və gözəl şəkildə təsvir olunub. Tərcüməçi İmanyar Quliyevin də dediyi kimi; hadisə və təsvirlərə uşaq ürəyinin kövrəkliyi, uşaq dünyasının zərafəti hopub. Həyat uşaqların gözündə necə də gözəl və mənalıdır. Sevginin, birliyin, xeyirxahlığın qısacası uşaq saflığının, paklığının bütünləşdiyi bu kitabı oxumaq zövqlü idi. Bir sevmədiyim məqam o idi ki valideynlər uşağa bir az vicdan yükləyirdilər sanki. Hər şeyin əskik tərəflərini göstərib, həyatları müqayisə edirlər dərhal. Hal bu ki, müqayisə hər zaman effektiv bir çıxış deyildir mənə görə.
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
Reklam
286 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 4 days
Əsərdə  Enriko adlı balaca oğlanın həyatda, xüsusən məktəbdə başına gələnləri gündəliyə yazmasına şahid oluruq, valideynləri gündəliyi oxuyur və ara sıra öz qeydlərini yazır. Uşaqların əslində mələk olduğunu düşünsək də Nelli adlı balaca təmizqəlbli oğlanla rəftarında, ( hansı ki yalnız qozbel, yəni donqar belə malik olduğu üçün o gülüş obyektinə çevrilir.) yaxud  əli iflic olan Krossini incidib " çolaq" demələri ona qarşı gülünc mövqedə olmaları insanı düşündürür bəlkə insan əsla mələk ola bilmir? Bəlkə ruhundakı şər daima onunla idi.    Lakin atasına yardım edən kasıb uşaqların timsalında hansı ki, dərsi  yazmaq üçün masası olmasa belə qəlbində parlayan yaxşılıq işığı insanı sevindirir. Ayın sonu müəllimin uşaqlara yazmaq üçün verdiyi  hekayələr həm nəsihətamiz, həm də təsirlidir. Uşaqların dünyasında hər şey necədir, onlara insanları necə sevdirməliyik kimi suallar haqda düşünürsüzsə, bu kitab sizə olduqca faydalı olar. A.Piazzi demiş" Bu kitabı oxumayan uşaq bədbəxt sayılır.Bu kitabı uşaqlarına oxutmayan ana-ata  və müəllimlər buna görə məsuliyyət daşıyırlar.Və bu kitabın oxudulmadığı məktəb məktəb deyildir"
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
286 syf.
9/10 puan verdi
·
Read in 9 days
Kitabı oxuyub bitirəndən sonra bir çox xoş düşüncələr qaldı mənə miras . Oxuduqca insanın qəlbi bir sürü xoşbəxtlik, gözəllik görüb duya bilir və sanki onların hər biri ilmək-ilmək işləyir insanın qəlbinə . Çox sadə dili ilə axıcı olması ilə insanı valeh etməyi bacaran bu əsər məncə hər bir kəsin oxuması və oxutdurması hədiyyə etməsi üçün olduqca faydalı bir əsərdir . Kitabın üzərində də qeyd olunduğu kimi valideynlər , uşaqlar , müəllimlər mütləq oxumalıdır bu kitabı ən çox da bu cümlələr ilə diqqətimi cəlb elədi . Kitabda vətənə, ailəyə, dostlara sevgi qayğı hörmət bol-bol öz əksini tapmışdı və oxuduqca hər biri insana sirayət edirdi. Mən özüm müəllim olaraq nə yaxşı kəşf edib oxumuşam dedim və mütləq şəkildə hər bir kəsə ən çox da şagirdlərimə tövsiyyə edəcəm . Qısaca əsər 3 cü sinif şagirdinin yazıdığı gündəlikdir ki , oda kitab halına salınıb çap edilib. Ona görə də belə saf fikirlər qeyd olunub həmdə çoxlu məsləhətlər , dövrün mənzərəsi əks olunub . Hər zaman stol üstü kitab kimi yanımda olsun darıxdıqca açıb oxuyum istəyirəm .
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
286 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 11 days
Kitab haqqında düşüncələrim o qədər emosionaldır kii.. Oxuduqca sanki özün də 3-cü sinif şagirdi olursan. İnsanın qəlbi əridikcə əriyir. Daha çox günlük şəklində yazılan kitabda Enriko adlı 3-cü sinif şagirdinin ümumilikdə məktəbdə keçən 9 ay ərzində hər gün üçün yaşadığı xatirələri əks olunub. Hər xatirənin xüsusi adı, günü və tarixi qeyd
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
Reklam
286 syf.
8/10 puan verdi
·
Read in 4 days
"Uşaq ürəyi" nəinki uşaqların,gənclərin və böyüklərin oxuyub özlərinə nələrisə dərs çıxarda biləcəyi bir əsərlərdəndir. Əsər Enriko adlı bir uşağın gündəliyinə yazdıqlarından və ara-bir ata ananın qeydlərindən ibarətdir.Əsərdə bir çox xarakterlər,mövzular var.Qısa-qısa hekayələrdən ibarət olduğundan bəzi hekayələr sıxıcı olsa da tez bitib növbəti hekayəyə keçdiyindən oxumağı ləngitmirdi.Hekayələrin içində çox maraqlı olan və təsirli olanları da var idi.Bəzi hekayələr var idi ki, düşünürəm onlardan ayrıca kitab belə yazmaq olardı.Təsirləndiyim hekayələrdən bəziləri də atanın və ananın qeydləri olan hekayələr idi. A.Piazzi demiş: " Bu kitabı oxumayan uşaq bədbəxt sayılır.Bu kitabı uşaqlarına oxutmayan ana-ata və müəllimlər buna görə məsuliyyət daşıyırlar.Və bu kitabın oxudulmadığı məktəb məktəb deyildir."
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
286 syf.
·
Not rated
·
Liked
·
Read in 17 days
Bu kitabı oxumağa yeni başladım və oxuyub qurtarmamağıma baxmayaraq bu kitab haqqında yazmaq istədim. Bu əsərdə 3-cü sinifdə oxuyan Enriko adlı bir uşaq mektebde keçirdiyi günləri ,gördüklərini öyrendiklərini qeyd edir və hər cümləsində saflıq ,sevgi ,hörmet ,oxumağın dəyərini və s. izah edir. Bir sözlə Edmondo de Amiçinin anlatmağa sözlerin yetmədiyi bu əsərini hər kəsə oxumasını tövsiyyə edirəm və əminəm ki bu əsəri oxuyanlardan həm uşaqlara ,həmdə böyüklərə nəsə qazandıracaq.
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
286 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 81 days
Klassik kitabdır. Kitab İtalyan yazıçısı Edmondo de amiçis tərəfindən yazılıb. Bu kitabda Enriko adlı bir oğlanının həyatından bəhs edilir. Bu kitab bizə həyatda bir çox şey öyrədəcək. Oxumağınızı tövsiyə edirəm.
Uşaq Ürəyi
Uşaq ÜrəyiEdmondo De Amicis · Qanun Nəşriyyatı · 017.5k okunma
292 syf.
7/10 puan verdi
Enrico... Yıllardır kitaplığımızda okunmayı bekleyen iyi kalpli çocuk. Saygıyı, umut etmeyi, koşulsuz sevgiyi ve daha nice değerleri üçüncü sınıfa gitmesine rağmen en iyi şekilde öğrenebilen, onları en güzel şekilde kullanabilen bir çocuktan bahsediyorum. Ana karakterimiz Enrico, 17 Ekim Pazartesi günü -okulun ilk günü- günlük tutmaya başlıyor. Günlüğünde ailesine, arkadaşlarına, başından geçen olaylara hatta kendisine gelen mektuplara yer veriyor. 10 temmuz pazartesi günü ise son sayfasını yazarak veda ediyor. Dünyanın en faydalı çocuk kitabı niteliği taşıyan ve yazarın kendi oğlundan ilham alarak yazdığı bu eser, okullara tavsiye edilmiş bulunmaktadır. Ben birkaç bölümünü sakıncalı bulsam da genel olarak değerler eğitimi üzerine okutulması gereken bir kitap olduğunu düşünüyorum. Saf ve çocuksu duygularla anlatılan olayları, bazen akıcı bir şekilde bazen de sıkılarak okudum diyebilirim. Yine de Enrico sayesinde hislerimin unutulmaya yüz tutmuş taraflarını fark etmiş oldum. İyi ki okumuşum.
Çocuk Kalbi
Çocuk Kalbi
Çocuk Kalbi
Çocuk KalbiEdmondo De Amicis · Yalçın Yayınları · 201617.5k okunma
Reklam
192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 18 hours
Bu kitap okurken beni fazlasıyla duygulandıran bir kitap oldu. Çocuk kalbini her yaşta okuyabilirsiniz ve her okuduğunuzda farklı dersler çıkarabilirsiniz. Tek üzüntüm daha önceden okumamış olmak. Yazar bu kitabı kendi çocuğunun günlüklerinden esinlenerek yazmış. Evet, kitabı kendi eklemeleriyle oluşturmuş ancak kitapta 'çocuk kalbini' okurken görmek çok kolay. Sanırım en çokta bu etkiliyor. Bir çocuğun saf ve temiz kalbiyle çıkardığı dersleri okumak. Buna ek olarak kitapta tek bir çocuk tanımıyorsunuz. Günlük tutan baş karakterimiz Enrico, onun tüm arkadaşları ve onların anne babaları ile tanışıyorsunuz. Kesinlikle okumanızı tavsiye ediyorum. İncelememi okuduğunuz içinde teşekkürler! :)
Çocuk Kalbi
Çocuk KalbiEdmondo De Amicis · Türkiye İş Bankası Kültür Yayınları · 202117.5k okunma
245 syf.
·
Not rated
·
Read in 4 days
Çocuk kalbi
Merhabaa Uzun süredir duyduğum ama okumadığım bir kitabı okumuş olmanın verdiği keyif hiç bir yerde yok. Çocuk kitabı gibi görünen ama her yaşa hitap eden Çocuk Kalbi İtalya'nın zor günlerini kaleme almış. 3. Sınıfa başlayan Enrico savaş rüzgarlarının estiği İtalya'yanın sıkıntılı günlerinde yaşadığı olayları günlüğüne yazarak yansıtmıştır. Kitap günlükten oluşuyor, olaylar heyecanlı ve duygusaldı. Her olaydan bir ders çıkarabilir niteliğindeydi. Kitap oldukça akıcı ve yalın bir dile sahipti. Ayrıca Dünyadaki eğitim otoriteleri tarafından 'Dünyanın en yararlı çocuk kitabı' seçilmiş olan bu kitabı okumanızı mutlaka tavsiye ediyorum. ~Kitaptan Alıntılar ~ ~"Kışı bayram yapın çocuklarım! Çok güzel! Fakat kışın kendilerine yoksulluk ve ölüm getirdiği binlerce çocuğu da düşününüz." ~"İşten gelen bir işçiye, sakın pis deme. Elbisesinde çalışmasının izleri var demelisin.
Çocuk Kalbi
Çocuk KalbiEdmondo De Amicis · Dört Nokta · 201517.5k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.