"Ayrılıq bir dəniz imiş,sən uzaq yaşıl ada..."
Özünəməxsus dərin dəst-xətti olan Vaqif Azərbaycan poeziyasına sanki bir hədiyyədir.Vaqifin şeirləri insanı,həyatı,cəmiyyəti və öz daxilini anlamaq ehtirası ilə doludur.Şeirlərinin misraları bəzən insanı coşdurur,həyəcanlandırır,bəzən düşündürür.Fərqliliyi və çağdaşlığı ilə poeziyamızda xüsusi yer tutan Vaqif nə atası kimi,nə də digər şairlər kimi yazırdı.Onun şeirlərinin adı yoxdur,bir çoxunun sonu üç nöqtə ilə bitir,az sözlə oxucuda güclü təsir yaradır.Mənə bu qədər təsir edən onun bənzərsiz,özünəməxsus stilidir yəqin ki.Mükəmməl bənzətmələrlə oxucunu valeh edir Vaqif..
Şair kimi yox,
şeir kimi ölmək istəyirəm...
Oxunmaq arzusuyla yaşayıram
əvvəldən axıra kimi oxunmaq...
Əzbər qalmaq istəyirəm
kiminsə yadında!
- deyirdi Vaqif Səmədoğlu.Onunla ilk tanışlığımız olan bu şeirin məndəki yeri çox başqadır.Bilmirəm,özü istədiyi kimi yaşayıb ya yox,amma şeirləri çoxlarının qəlbində yaşayır,bundan əminəm..