"Xan" Xatirə Ədəbiyyatı 24. Kitab

Üzeyir Hacıbəyli Xatirələrdə

Kolektif

Yorumlar ve İncelemeler

Tümünü Gör
255 syf.
·
Puan vermedi
·
3 günde okudu
"Üzeyir bəy başını qaldırıb göyə baxır, aramsız yağan yağışın musiqisini dinləyirdi..." O Azərbaycan musiqi sənətinin dahisi... Azərbaycan Operasının banisi...Azərbaycan Dövlət Himninin bəstəkarı... O... Yaz yaz bitməz... müəllim, sənətkar, musiqiçi... Onun doğulduğu 18 sentyabr tarixi təqvimlərə - "Milli Musiqi Günü" kimi qeyd edilir... Xan nəşriyyatının "Xatirə" seriyasında bu səfərki seçimim "Üzeyir Hacıbəyli" oldu. Dahi bəstəkarın keçdiyi ömür yolunu onu sevən insanların, şagirdlərinin və həmkarlarının xatirələrində yaşatdıqları anılarla oxuyuruq bu kitabda... Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası: Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının trium-fu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib...
Üzeyir Hacıbəyli Xatirələrdə
Üzeyir Hacıbəyli XatirələrdəKolektif · Xan Nəşriyyatı · 201911 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.