"Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.
Bilmirəm ömür başıdı, ya ölüm ayağıdı...
Daha adamlar içində təklik deyil mənimki,
əsrlərin içindəki heykəl tənhalığıdı."
Salam Sarvan
Güllələyin şairləri! Onsuz da
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından,
Dünyanın tələsik yır-yığışından,
Günahlı, günahsız şairlər ölür.
Vaqif Bayatlı Odər