Bilmirəm nə deyim, xəyal qırıqlığımı hansı sözlərlə ifadə edim. Amma ki əgər siz də mənim kimi Xalid Hüseyni’nin digər iki möhtəşəm əsərini oxumusunuzsa, bu kitab sizin üçün, sadəcə, bir xəyal qırıqlığı olacaq. Sujet xəttləri o qədər qarışıq və darmadağındır ki, sanki yazıçı öz etdiyi səhvi necə etsə də toparlaya bilməyib. Məsləhət görərdim ki, Xalid Hüseyni’ni ‘Çərpələng uçuran’ və ‘Min Möhtəşəm Günəş’ əsəri ilə tanıyasınız. Yalnız bu zaman sizin ürəyinizdə yazıçıya dərin məhəbbət yaranacaq. ‘Və dağlardan səda gəldi’ əsərində isə əsas fikir düzgün çatdırıla bilmir. Təəssüf edirəm..