Verity…
Açığı heç diqqətimi çəkmirdi bu kitab, hər hansı bir səbəbdən o qədər də isinə bilmirdim mövzusuna və almaq fikrim yox idi. Yazarın başqa bir əsərini alarkən satıcının tövsiyyəsinə qulaq asaraq, elə də böyük ümidlərim olmadan aldım. Gğl gör ki, bütün düşüncələrimi, hisslərimi alt-üst etdi.
Yazarın əsərləri daha çox duyğusal tipdə olduğu üçün, heç belə bir mövzu gözləmirdim. Kitabın sonunda özü də bu kitabın mövzusunun biraz daha fərqli olduğunu qeyd edir.
Uzun zaman sonra 5-6 saat dayanmadan oxuyub bitirdiyim bir kitab oldu. Dili o qədər sadə, rahat, baş verən hadisələr o qədər sürükləyicidir ki, vaxt necə gəldi-getdi anlamadım belə.
Kitabı oxuduqca daim sual altına qalırsız, yazarın düşüncə təzri sizi sadəcə əsəbləşdirir,heyrətə gətirir.
Qısa özət keçsəm: Verity çox tanınmış bir yazardır, qəzaya düşür və kitab seriyasını artıq dəvam etdirə biləcək bir vəziyyətdə deyildir. Bu seriyanı dəvam etdirmək üçün ortaq yazar kimi Lowen seçilir. Daha sonra isə Veritynin qaranlıq dünyası, Jeremy (əri) və Lowen arasında baçlayan çəkim və daha nələr nələr baş verir.
Açığı kitabı oxuyarkən Jeremy üçün olduqca pis oldum və sonda verdiyi qərarı təsdiqləyəcək, anlayacaq bir vəziyyətə belə gəldim.
Əsas məsələ, yazar sonda 2 reallıq verir və hansının doğru olduğunu qeyd etmir. Bunu sadəcə bizim inancımıza buraxır. Bu hissəsini də ayrı sevdim.
Biraz gerilim oxumaq istəyənlər üçün olduqca maraqlı bir əsərdir.