Vicdanın Adaptasiyası

Çingiz Abdullayev
"İstəyirdim ki, onlar ölməmişdən əvvəl əzab çəksinlər. Hər şeyi bilsinlər və hiss etsinlər. Bilirəm ki, indi səsimi yazırlar, sonra hamısından mənə qarşı istifadə edəcəklər, amma cəhənnəm olsun, qoy yazsınlar... Onların bağ evinə girdim, ikisinin də əl-qolunu bağladım və qonşumun arvadına hər şeyi olduğu kimi danışdım. Dedim ki, əri mənim Katyamla ona xəyanət edib. Onun bundan xəbəri yox idi. Sonra mənim həyatımı məhv edən o alçağın gözünün qarşısında arvadını zorladım və öldürdüm. Qonşum ağlayaraq yalvarırdı ki, onun özünü də öldürüm. Mən də bunu məmnuniyyətlə etdim. Dolabda onların pulu var idi, ancaq ona toxunmadım - belə şeylər mənlik deyil. Qadının cəsədini isə maşında aparıb basdırmışam..." Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Vicdanın adaptasiyası" adlı romanında bütün Rusiyanı ayağa qaldırmış seriya qatilin axtarışlarından, onun həbsindən, məhbəsdən qaçışından və intiharından bəhs edilir. Əsasən gənc və sarışın qadınları hədəf seçərək Rusiyanın bir neçə şəhərində dəhşətli qətllər törədən və heç bir iz buraxmayan seksual manyakın axtarılmasına məşhur xəfiyyə və psixoanaliz üzrə professor da cəlb olunur. Səbəb aydındır: qatil çox ustalıqla hərəkət edir, ehtiyatlı davranır, getdiyi şəhərlərdə diqqət çəkməməyə çalışır. Öz doğma şəhərində isə ondan nəinki şübhələnməzlər, hətta bu fikrə düşənlərin özlərini daşqalaq edərlər. Axı Veniamin Borisoviç Baratov adi adam deyil, böyük bir institutun direktorudur, görkəmli alimdir, hörmətli şəxsdir; hamı onu mədəni, ziyalı, nəcib bir adam kimi tanıyır. Buna baxmayaraq, o zorlayır, öldürür və gizlənir... Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tahmini Okuma Süresi: 7 sa. 7 dk.Sayfa Sayısı: 251Basım Tarihi: 2017Yayınevi: Teas Press
ISBN: 9789952513981Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

251 syf.
·
Puan vermedi
·
Beğendi
·
25 saatte okudu
"Suçluyu tokatlayacak olan kimse, suçun işlenmesine neden olan kimsenin de yüreğine baksın" deyir
Halil Cibran
Halil Cibran
Şübhəsiz ki, bu cümlə heç bir cinayətkarı təmizə çıxara bilməz, amma bağışlamaq üçün yox, sadəcə başa düşülmək üçün yanaşmaq da bəs edər bəlkə də. Kitabdakı hadisələr Rusiyanın müxtəlif şəhərlərində və qonşu Respublikalarda baş verir. Tanış olan şəhərlərdə olan hadisələr insanın daha çox marağına səbəb olur. Yazıçı şəhərlərin tarixindən də maraqlı tarixi məlumatlar verir. Çingiz Abdullayev kitablarını rusca yazıb, daha çox Rusiyada oxucu kütləsi yığmasına baxmayaraq, indiyə qədər oxuduğum bütün əsərlərində Azərbaycana, onun tarixinə, mədəniyyətinə yer verməsi xüsusi diqqətimi çəkir. Kitabda böyük bir institutunun direktoru, görkəmli alim, hamının ziyalı bir adam kimi tanıdığı Veniamin Borisoviç Baratovun əslində, qurban kimi seçdiyi qadınları xüsusi üsullarla qətlə yetirən seksual manyak olması ortaya çıxır. Onun uşaqlıqda yaşadığı sarsıntılar gələcək həyatına ciddi problemlərə yol açmış, nəhayət, məhvinə gətirib çıxarmışdır. Bu çox təhlükəli qatili tapmaq isə bizim məşhur ekspertimizə və onun komandasına tapşırılır. Əsər, xarici görünüşün, vəzifənin, hörmətin, eləcə də qısamüddətli ünsiyyətin insanı tanımaq üçün kifayət etməyən amillər olduğuna bariz nümunədir. Kitab trilogiya şəklindədir, özünü birnəfəsə oxutmağı bacarır.
Bumeranq Zerbesi
Bumeranq Zerbesi
Qurbanlıq Sindromu
Qurbanlıq Sindromu
Vicdanın Adaptasiyası
Vicdanın Adaptasiyası
Vicdanın Adaptasiyası
Vicdanın AdaptasiyasıÇingiz Abdullayev · Teas Press · 201740 okunma
30 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.