Vətən Yaxşıdır

Əliağa Vahid

Sözler ve Alıntılar

Tümünü Gör
Bu da qismətimdə olan "Gözəlim" çün
Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim! O qara gözlərinin can fədasıyam, gözəlim! Mənim bu naləmin hər bir könüldə var əsəri, Şikəstə ney kimi ruhun qəzasıyam, gözəlim! Kəməndi-zülfüvə məntək əsir olan çoxdur, Hamıdan acizi, bəxti qərasıyam, gözəlim! Bəlalı aşiqinəm, baxma qeyrilər sözünə, Məhəbbət aləminin binəvasiyam, gözəlim! Elə nə zülm varındır, əgər dilim yansın Desəm, cəfalarının narizasıyam, gözəlim! Yolunda müntəzirəm, can verim görəndə üzün, Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim! Əgərçi, Vahidəm, əğyarə baş əyən deyiləm, Fəqət sənin səri-kuyin gədasıyam, gözəlim!
Sayfa 228 - Parlaq imzalarKitabı okudu
Dolansın...
Zülfündə nə lazım, gözəlim, şanə dolansın? Qoyma o hərəmxanəni biganə dolansın! Eyb eyləmə, kuyində dolansam gecə-gündüz, Şəmin gərək ətrafına pərvanə dolansın. Saqi! Dolanım başına, mey camini gəzdir, Sərməst olayım, başıma meyxanə dolansın. Ol zülfə könül vermə, deyirlər mənə, əmma Onsuz necə bəs bu dili-divanə dolansın? Məcnun nə bərabər mənə, səhralərə qaçdı, Eşq əhli odur, ərsədə mərdanə dolansın! Əğyar ilə öz yarını həmdəm görən aşiq Düşsün gərək o dəşti-biyabanǝ, dolansın. Sərxoşluq ilə ömrünü sərf eyləmə, Vahid! Arif ona derlər ki, ədibanə dolansın.
Sayfa 251 - Parlaq imzalarKitabı okudu
Reklam
Oldun?..
Məni atdın, gözəlim, özgələrə yar oldun, Neyləmişdim, mənə yar olmadın əğyar oldun? Bivəfa olmayasan, sən mənə söz vermiş idin, Niyə biganəyə axırda vəfadar oldun? Mən ki hər möhnətə qatlaşmışam eşqində sənin, Nə səbəbdən mənə sən bir gül ikən xar oldun? Hanı ol əhdə vəfa eylədiyin günlərimiz, Niyə əğyar kəməndinə giriftar oldun? Min cəfa eyləyəsən, mən yenə eşqimdə varam, Mənə, hərçənd, əzəldən də cəfakar oldun. Heyf, o zəhmətlərə, mən çəkmişəm eşqində sənin, Fikr edirdim mənə sən, bəlkə də, qəmxar oldun. Özün axırda peşiman olacaqsan, bilirəm, Mənə rehmin dəyişib, bəlkə, tərəfdar oldun. Vahidəm, min bu qədər cövr edəsən, mən dözərəm, Məstsən, get hələ sən, bəlkə də hüşyar oldun...
Sayfa 26 - Parlaq imzalarKitabı okudu
Sən bir gülüsən, sevgilim, ən tazə baharın, Bir bülbülüyəm mən də bu qiymətli diyarın. Bir böylə gözəllik ki təbiət sənə vermiş, Olmaz, gözəlim, qisməti hər nazlı nigarın.
Sayfa 167 - Parlaq imzalarKitabı okudu
Bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül, Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim? Gözlərin həsrətini çəkməyən aşiq yoxdur, Sənə mən afəti-dünya deməyim, bəs nə deyim? Bu şirinlik, bu lətafət ki sənin var, gözəlim, Sənə güldən də mən əla deməyim, bəs nə deyim? Eşqdən bir bu qədər söyləmək olmaz, Vahid, Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Sayfa 25 - Parlaq imzalarKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.