"...aylar önce ya da benim durumumda olduğu gibi yıllardan beri birçok kereler noktayı koyduğu yerden yeniden başlamak istiyorsa, insanüstü güç harcaması, kendini zorlaması gerekir."
Acı həyat təcrübəmiz sayəsində hələ yaşayan ,sağ olan, çətin vaxtlarımızda yanımızda olan və bizə yol göstərən, bizi səhv hərəkətlərə yol verib gülməli vəziyyətə düşməkdən çəkindirən adamları layiqincə qiymətləndirə bilmirik.
Birdən görüşüb istənilən mövzuda , hətta ən çətin mövzularda rahatlıqla danışa biləcəyim bu yeganə kişi üçün darıxmağa başladım. Çoxdan idi ki , onunla söhbət etmirdim, onunla söhbət etmək üçün darıxdım.