Xoşbəxtliyə Çatanda Əldə Qalanlar

Məsudə Cabbar

Yorumlar ve İncelemeler

Tümünü Gör
313 syf.
8/10 puan verdi
Kitabı adının mənasında yatan incəlikləri oxuduğum zaman daha yaxşı anladım. Evli oğlan və subay qızın sevgisindən bəhs edir. Belə qəribə səslənir lakin kitabı oxuyanlar empati qurub anlaya bilər ancaq. Kitabı oxuduqca anlayırsan ki, onların xarici görünüşləri hər nə qədər zidd olsada ruhən tam əksinədir bu. Onlar bir-birini cəzb edən, yaxınlaşdıqca daha çox uzaqlaşan ulduzlar kimi idilər. Bu kitabın yeri məndə bambaşqadır fərqli sevgi romanı oxumaq istəyənlərə mütləq tövsiyyə edirəm və onuda qeyd edim ki, Məsudə Cabbardan oxuduğum ilk kitabdır. Qələmini bəyəndim. Həmçinin kitabın şəkilli olması və aşağıda musiqilər qeyd edilməsini də ayrıca bəyəndim.
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma
Reklam
313 syf.
10/10 puan verdi
Anar 10 ildir ki, Huri ilə evlidir.Lakin evliliklərində problemlər var-övlad sahibi ola bilmirlər.Anar kitabları,milli mahnılarımızı,incəsənəti sevən biridi,lakin həyat yoldaşı onun tam əksidi. Bütün günü ev işləri görməklə məşğuldu. Digər qızımız isə Kahiradı.Kahira ərəb qızıdı və ailəsi ilə birgə Irandan Azərbaycana köçüblər.Qeyd eləməsəm haqqsızlıq olar-Kahiranın atasını həqiqətən çoxx bəyəndim.Yaxşi ata,uşaqlarını sıxmayan,onlarla maraqlanan ata kimi atadi. Amma Kahira üçün müsbət rəy yaza bilməyəcəm. Qız elə bil daşdı,hissləri yoxdu.Müasirliyini anlamağa çalıram amma gecə evdən gizlin getmələrini bəyənmədim.Və Anarı 1 həftə belə tanımamış yaxinlaşmağını heç amma heç xoşuma gəlmədi.Keçirəm Anarı yıxıb sürüməyə. Anarı başda çoxx bəyəndim amma sonralar üçün bunu heyifki deyə bilməyəcəm. Anlayiram sevmirsən amma acizlik niyə göstərirsən. Huri üçün isə çoxx pis oldum.Başına gələnlər yaşadıqları çox təsir elədi mənə.Kitabin sonlarına yaxım gözləmədiyim halla qarşilaşdim və şok oldum.Gözlərimə inana bilmədim belə gözləmirdim mən.Kitab haqqında bir şeyi də qeyd edim ki,romanda mahni adlarinin verilməsi(xarici musiqilər tərzimə uyğun gəlməsə də milli mahnilara qulaq asdim),şəkilli olmasi və kitablardan bəhs edilməsini çoxx amma çoxx sevdim.
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma
313 syf.
8/10 puan verdi
·
16 günde okudu
Məsudə Cabbardan oxuduğum ilk kitabdır və həqiqətən qələmini bəyəndim. Xüsusəndə kitabın bir çox səhifələrində illüziyaların olması, romana daxil edilmiş musiqilər( həm xarici, həm milli). Roman özü evli oğlan və subay qızın sevgisindən bəhs edir. Evli oglan dediyim Anar, Huri ilə 10 ildir ki evlidir. Lakin övlad sahibi ola bilmirlər. Bu da onların münasibətinə təsirsiz ötüşmür. Huri Anarı sevməyib, ailəsinin istəyi üzərinə Anarla ailə qurub. Anar kitabları, mahnıları bir sözlə incəsənəti sevən biridir lakin yoldaşı Huri onun tam əksidir. Subay qız dediyim Kahira isə ərəb əsilli qızdır, ailəsi ilə birgə İrandan Azərbaycana gəlmişdir. Kahiranın ailəsində ən bəyəndiyim nüans atasının övladlarına qarşı sevgisi, qayğıkeşliyi oldu. Kahiranın özünəməxsus tərzinin olmasını, müasirliyini bəyəndim. Əsasəndə Huri ilə yaxınlıq qurmasını. Aralarındakı az müddətdə yaranmış "dostluğu". Huri üçün olan sonluq isə çox təsir elədi.
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma
313 syf.
7/10 puan verdi
Məsudə Cabbar... böyük məyusluqla başladığım yazıçı. Kitabı sadəcə tövsiyə üzrə oxumaq istəmişdim, hətta müəllifin digər əsərlərini də böyük sevinclə alıb toplamışam. Sevərək başlaya bilmədim, hətta kitabı bir ara yarıda saxladım. Bəlkə də bu bir növ mentalitet cəhətdən məndə formalaşmış önyargı idi. Amma yaxşı ki, ikinci dəfə kitabı əlimə almağı bacardım. Fərqli həyat hekayəsi idi mənim üçün. İlk başda bəyənmədiyim kitabı adının mənasında yatan incəlikləri oxudugum zaman daha yaxşı anladım... "Xoşbəxtliyə çatanda əldə qalanlar"- "Xoşbəxtlik deyə xəyal etdikləri o xülyaya çatsalar əllərində heç nəyin qalmadığını anlayacaqlarını və bunun üçün heç vaxt bir-birlərini bağışlamayacaqlarını dəqiq bilirdi..." Kahira-fərqli həyat tərzi, yaşamı, düşüncələri, mentalları olan gənc bir qızdır. Daim azadlıqdan bəhs edən Kahira bir şeyi dərk etmir. "Coğrafiya kaderdir" misali... Digər ailəsinin seçimi üzrə qurban olmuş baş obraz Anar barədə sadəcə bir cümlə deyə bilərəm. Hansı ki, ümumən əsər barədə sona kimi üzərində dayandığım cümlədir. Altını çizərək deyirəm, heç bir halda xəyanətin əfvi yoxdur.
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma
Reklam
313 syf.
·
Puan vermedi
Kitab oxuyan insan dünyadan çıxan kosmonavt və ya savaşa gedən əsgər kimidir. Geri qayıtdığı zaman heçnəyi əvvəlki halı ilə görə bilməz. Və ən dəhşətlisi odur ki, qatıldığın bu qəribə savaşda sənin cibindəki mərmilər əlində tutduğun silaha uyğun gəlməyəcək
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma
313 syf.
·
Puan vermedi
İlk öncə əsərdə verilən dərin mənalı dialoqları çox bəyəndim,yazıçılar öz hislərini kitablar vasitəsilə bizə çatdırırlar, bu kitabda da bir az özümdən tapdım deyə bilərəm) yazıçıdan oxuduğum ilk kitabdır, ümidvaram ki, digər kitablarını da oxuya bilərəm. Əsərin əvvəlində diqqətdə sadəcə Anar və Kahira idisə, sonunda sadəcə Hurinin taleyi məni uzun düşüncələrə vadar etdi, yazıçı obrazların hislərini necə dolğun, təəssüratlı təsvir etmişdisə, sanki bütün bunları mən yaşayırammış kimi hiss etdim. Kahiranın atası əsərdə çox yer verilməsə də dünyagörüşü, düşüncəsi ilə tərifəlayiqdir. Kitabı bitirəndə Anar və Kahiranın bütün bu zamanda yaşadıqları gözümün önündən keçdi, hərçənd ki bir daha görüşməyəcəkdilər:(
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.