Xudafərin Körpüsü

Fərman Kərimzadə

Yorumlar ve İncelemeler

Tümünü Gör
389 syf.
9/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
♧Tarixin silinməz izləri♧
Spoilər ola bilər... Bir tarixçi olaraq tarix əsərlərini oxumağa bu ildən başlamışam doğrusu və yaxşı ki,başlamışam...Xudafərin körpüsü Fərman Kərimzadə yaradıcılığının 3 hissəli əsərlərindən ilkidir.Kitabda Səfəvilər dövründən bəhs edir, Şah İsmayıl Xətainin yaşamını tam şəkildə əks etdirir. Əsərdə onun yaradıcılığa necə başlaması,özünü Sahibi Zaman kimi təqdim etməsi,Şirvanla olan münasibətlər və s. Əks olunub. Azərbaycan tarixinin bu dövrünü bilmək istəyən hərkəsə tövsiyə olunası bir əsərdir. Xoş mütaliələr...♡
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019154 okunma
Reklam
448 syf.
7/10 puan verdi
·
8 günde okudu
Fərman Kərimzadənin yaradıcılığından oxuduğum ilk kitab olan "Xudafərin körpüsü"ndə Şah İsmayıl Xətainin ana babası Uzun Həsənin dövründən onun hakimiyyətə gəlməsinə qədər olan zaman kəsiyindən söhbət açılır. Əsər çoxşaxəli və axıcı idi. Hadisələr əla işlənmişdi. Amma I hissə daha maraqlı idi. Bir neçə amilə görə kitaba möhtəşəm deyə bilməyəcəyəm. (XXX SPOİLER OLA BİLƏR XXX) 1. Qeyd olunub ki, sən demə, Səfəvilər əslində İmam nəslindən deyillərmiş. Bu fikir məni sarsıtdı... 2. İsmayıla yalandan "Zamanın sahibi" təxəllüsü verilmişdi. Maraqlıdır, görəsən, tarixdə belə bir hadisə olub? 3. Bəzi yerlərdə dinə qarşı sözlər var idi... 4. Aləmşahbəyimin ölümü tarixdəki kimi qələmə alınmamışdı, fikrimcə. Çünki bir sıra mənbələrə görə, o xanım 1522-ci ildə vəfat edib, hətta İsmayılın onu sünni məzhəbli olduğuna görə edam etdiyini deyənlər də var(inanmağım gəlmir bu versiyaya). Bu nüanslara görə əsəri müəyyən qədər bəyənmədim. Amma ümumi olaraq yaxşı idi. Xoş mütaliələr :)
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019154 okunma
442 syf.
·
Puan vermedi
·
7 günde okudu
Azərbaycan Tarixi ilə maraqlan oxucular mütləq göz gəzdirməli olduğu əsərlərdən biridir. Tarixi romanda XIV əsrin sonu XV əvvəllərində baş vermiş hadisələr haqda söhbət açılır. Əsərdə Azərbaycan tarixində xüsusi rolu olan böyük dövlət xadimi, gözəl şair, bacarıqlı sərkərdə Şah İsmayıl Xətainin uşaqlığı və gəncliyi haqda məlumat toplamaq üçün gözəl vasitələrindən biridir. Əsərdə Şah İsmayılın uşaq yaşlarında yaşadığı keşməkeşli həyatından başlayaraq Təbriz -Səfəvi taxtına əyləşdiyi ana qədər ki hadisələr müfəssəl şəkildə qeyd olunub. Bu əsərdə həm də Azərbaycan tarixinin böyük hökmdarlarından Həsən Padşah Bayanduri ilə yanaşı şərqin ilk diplomat xanımı Sara Xatun, Şeyx Heydər, Əbih Sultan kimi tarixi şəxsiyyətlərindən də yadda qalan obrazları yaradılıb. Bütün tarix sevən oxucuların nəzər yetirməli olduğu əsərlərdən biridir. Xudafərin Körpüsünə qovuşduğumız bu zamanlarda inşallah bu əsəri ekran işi olaraq görmək də nəsib olar
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019154 okunma
479 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Xudafərin körpüsü" hər cümləsini maraqla oxuduğum romanlardandır. Azərbaycan tarixi,tarixi şəxsiyyətləri haqqında yazılmış mükəmməl roman deyə bilərəm. Çox istəyərdim ki, qardaş ölkədəki kimi Azərbaycanda da tarixi seriallar çəkilə və ən birinci sırada "Xudafərin körpüsü" romanı ola. Sara Xatun, Uzun Həsən, şah 1-ci İsmayıl kimi şəxsiyyətləri yaxından tanımaq şansını bizə bəxş etdiyi üçün Fərman Kərimzadəyə minnətdaram. Əsərdə sevdiyim obrazlardan Qaçaq Murad, Hüsey Lələ yaddaşımda dərin iz qoydu.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012154 okunma
Reklam
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Nə yaxşı ki, bu kitabı oxudum. Tarixi çox sevirəm və ən sevdiyim ölkədə Səfəvilərdi. Əsər çox qəşəngdi. Tariximiz çox gözəl təsvir olunub. Qarlı aşırıma bu gün başlayacam. Əsas da müharibə səhnələri çox gözəl idi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012154 okunma
408 syf.
·
Puan vermedi
Şah İsmayıl Xətai özünü belə tanıdır
Yer yox ikən,göy yox ikən, ta əzəldən var idim, Gövhərin yekdanəsindən irəli pərgar idim Gövhəri ab eylədim,tutdu cahanı sərbəsər, Yeri-göyü, ərşi-kürşü yaradan Səttar idim Gah Hüseynlən belə pustumu soydu qazilər, Gah o Məhsur donuna girdim, "ənəlhəqdar"idim Girdim Adəm cisminə ,kimsənə bilməz sirrimi, Mən bu beytullah içində ta əzəldən var idim On səkkiz min aləmə mən gərdişi ilə gəlmişəm, Ol səbəbdən haqq ilə sirdar idim,sərdər idim, Dünyasından mən onun sirrini bilirdim,ol mənim, Dəryanın altındakı saç qızdıran əngar idim. Mən Xətaiyəm,haqq tanımışam bigüman, Onun üçün ol yaratdı,mən ona sərhəd idim .
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012154 okunma
408 syf.
9/10 puan verdi
·
1 saatte okudu
Kitab çox axıcı, həmçinin mükəmməl bir kitabdır. Oxucunu həmin dövrə apararaq, baş verən siyasi hadisələri göz önünə sərir. Fərman Kərimzadənin ələ aldığı bu roman Səfəvilər dövlətinin qurulma anına qədər baş verən hadisələrdən bəhs edir.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012154 okunma
479 syf.
10/10 puan verdi
Fərman Kərimzadə - Xudafərin körpüsü Yazardan oxuduğum ilk kitab oldu. Dəhşətli dərəcədə bəyəndim. Demək olar ki günümüzdə tədris olunan Vll sinifin tarix fənnində Ağqoyunlu,Ərdəbil hakimliyi haqqında məlumatlar bu kitablarda əks olunanlarda götürülüb. Kitabın mövzusu çox genişdir.1468- çi ildə paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yaranır, Dövlətin yaradıcısı Uzun Həsəndir, ona dövlət işlərinin idarə olunmasında anası Sara Xatun kömək edir. Hətta Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında vəziyyət gərginləşəndə Sara Xatun ilk qadın elçi kimi Fateh ll Mehmetin çadırına gedir. Hökmdar Sara Xatuna "ana", Sara Xatun isə hökmdara "oğlum "deyə xitab edir. Uzun Həsənin Trabzon imperiyasının qızı Dəspinə Xatuna Aləmşah adlı gözəl bir qızları olur. Və artıq yetkin yaşa çatanda Aləmşahi Ərdəbil hakimliyi in başçı (həm də bibisi oğlu) Şeyx Heydərə ərə verilir. Bu izdivacdan 3 oğul (Sultanəli, İbrahim, İsmayıl) dünyaya gəlir. Həmin hadisələr baş verərkən artıq Uzun Həsən,Sara Xatun vəfat edir və hakimiyyət uğrunda mübarizələr, hərc-mərclik baş alıb gedir. Hakimiyyətdə olan Yaqub padşah öz bacısı Aləmşahin yoldaşını ( Şeyx Heydəri ) öldürdürür. (Səbəb isə hakimiyyətinə qarşı rəqib görməsi olur). Bacisini və uşaqlarını bağışlayır və İstəxr qalasina həbs edir. Uzun illər bu qalada həbs həyati yaşayırlar. Son hakimiyyətin devrilməsi ilə hakimiyyətə Qızılbaşların əli ilə Rüstəm Mirzə gəlir (aralarındaki müqaviləyə görə Rüstəm taxta çıxacaqdı, qarşılığında isə Şeyx Heydərin ailəsi azadlığa buraxılacaqdi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012154 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.