Xudafərin Körpüsü

Fərman Kərimzadə

Yorumlar ve İncelemeler

Tümünü Gör
479 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Xudafərin körpüsü" hər cümləsini maraqla oxuduğum romanlardandır. Azərbaycan tarixi,tarixi şəxsiyyətləri haqqında yazılmış mükəmməl roman deyə bilərəm. Çox istəyərdim ki, qardaş ölkədəki kimi Azərbaycanda da tarixi seriallar çəkilə və ən birinci sırada "Xudafərin körpüsü" romanı ola. Sara Xatun, Uzun Həsən, şah 1-ci İsmayıl kimi şəxsiyyətləri yaxından tanımaq şansını bizə bəxş etdiyi üçün Fərman Kərimzadəyə minnətdaram. Əsərdə sevdiyim obrazlardan Qaçaq Murad, Hüsey Lələ yaddaşımda dərin iz qoydu.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012169 okunma
Reklam
408 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Nə yaxşı ki, bu kitabı oxudum. Tarixi çox sevirəm və ən sevdiyim ölkədə Səfəvilərdi. Əsər çox qəşəngdi. Tariximiz çox gözəl təsvir olunub. Qarlı aşırıma bu gün başlayacam. Əsas da müharibə səhnələri çox gözəl idi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012169 okunma
479 syf.
10/10 puan verdi
Fərman Kərimzadə - Xudafərin körpüsü Yazardan oxuduğum ilk kitab oldu. Dəhşətli dərəcədə bəyəndim. Demək olar ki günümüzdə tədris olunan Vll sinifin tarix fənnində Ağqoyunlu,Ərdəbil hakimliyi haqqında məlumatlar bu kitablarda əks olunanlarda götürülüb. Kitabın mövzusu çox genişdir.1468- çi ildə paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yaranır, Dövlətin yaradıcısı Uzun Həsəndir, ona dövlət işlərinin idarə olunmasında anası Sara Xatun kömək edir. Hətta Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında vəziyyət gərginləşəndə Sara Xatun ilk qadın elçi kimi Fateh ll Mehmetin çadırına gedir. Hökmdar Sara Xatuna "ana", Sara Xatun isə hökmdara "oğlum "deyə xitab edir. Uzun Həsənin Trabzon imperiyasının qızı Dəspinə Xatuna Aləmşah adlı gözəl bir qızları olur. Və artıq yetkin yaşa çatanda Aləmşahi Ərdəbil hakimliyi in başçı (həm də bibisi oğlu) Şeyx Heydərə ərə verilir. Bu izdivacdan 3 oğul (Sultanəli, İbrahim, İsmayıl) dünyaya gəlir. Həmin hadisələr baş verərkən artıq Uzun Həsən,Sara Xatun vəfat edir və hakimiyyət uğrunda mübarizələr, hərc-mərclik baş alıb gedir. Hakimiyyətdə olan Yaqub padşah öz bacısı Aləmşahin yoldaşını ( Şeyx Heydəri ) öldürdürür. (Səbəb isə hakimiyyətinə qarşı rəqib görməsi olur). Bacisini və uşaqlarını bağışlayır və İstəxr qalasina həbs edir. Uzun illər bu qalada həbs həyati yaşayırlar. Son hakimiyyətin devrilməsi ilə hakimiyyətə Qızılbaşların əli ilə Rüstəm Mirzə gəlir (aralarındaki müqaviləyə görə Rüstəm taxta çıxacaqdı, qarşılığında isə Şeyx Heydərin ailəsi azadlığa buraxılacaqdi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012169 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.