Xəz Paltolu Madonna

Sabahattin Ali

Oldest Xəz Paltolu Madonna Posts

You can find Oldest Xəz Paltolu Madonna books, oldest Xəz Paltolu Madonna quotes and quotes, oldest Xəz Paltolu Madonna authors, oldest Xəz Paltolu Madonna reviews and reviews on 1000Kitap.
Biz başımıza gələn hadisələrin anlamadığımız, gözləmədiyimiz cəhətlərinə görə əsəbiləşir, inciyir, təəccüblənirik. Lakin əgər bir adam hər şeyə dözməyə hazırdırsa, kimdən nə gözləmək lazım olduğunu qabaqcadan bilirsə, onu sarsıtmaq, hövsələdən çıxarmaq olarmı?
Sayfa 16
Mən buradakı ağacları, otları seyr edərkən öz haqqımda da düşünürəm, - dedi. - Bu ağacların, bu qərib güllərin gətirildiyi yerlərdə bir neçə əsr əvvəl bəlkə mənim də əcdadlarımın yaşadıqlarını xəyalıma gətirirəm Məgər biz də bu ağaclar və güllər kimi öz yurdumuzdan qoparılıb başqa torpaqlara atılmamışıq?
Reklam
Müəyyən bir adama qarşı mərhəmətli olmaq o deməkdir ki, sən özünü ondan qüvvətli zənn edirsən. Halbuki, nə özünü bu qədər qüvvətli, nə də başqalarını özündən daha zavallı, daha miskin hesab etməyə heç kəsin haqqı yoxdur...
Heç bir qadın, kişilərin ehtiras pəncəsində olduqları zaman düşdükləri vəziyyətə, aciz və gülünc şəklə düşə bilməz...
Sayfa 127
Sevgi bizim öz qəlbimizdə əmələ gəlir. Onu, kənardangəlmə bir şey zənn etmək mümkün deyil. O, ürəyimizdə mövcud olan hisslərin bizi heyran edəcək dərəcədə şiddətlənib artmasından ibarətdir.
Sayfa 140
Qadın sevə biləcəyi zaman sevmir, həyata keçməyən arzulara, xəyallara uyur, qırılan mənliyini bərpa etmək istəyir. Sonra isə itirilmiş imkanlara acıyır və bunlar ona bir eşq kimi görünür.
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.