Amerikanın məşhur qadın jurnalının naşiri Diana Foster və tanınmış biznesmen Koul Harrison saxta nikaha daxil olmaq qərarına gəlirlər. Buna hər ikisinin ehtiyacı var- Koul Harrison özünə qalan mirası əldə etmək üçün, Diana Foster isə pozulmuş nişanıyla bağlı artıq söz-söhbətləri kəsmək üçün bu addımı atır. Lakin bu saxta razılaşma yavaş-yavaş əsl və səmimi sevgiyə çevrilir. Ancaq sınaqlar elə bundan sonra başlanır. Koulun biznesində böyük problemlər yaranır, onu məhkəməyə çəkirlə. O, bütünlükdə iflas olmaq təhlükəsi qarşısında qalır. Rəqibləri hər tərəfdən onu sıxıb biznes meydanından çıxartmağa, hətta məhv etməyə çalışırlar. Bəs saxta razılaşma əsasında əldə etdiyi həyat yoldaşı onu fəlakətdən qurtara biləcəkmi? Uçurumq qarşısında dayanan Koulu görəsən Diana Fosterin ehtiraslı sevgisi xilas edə biləcəkmi?