Romantik tərzdə olan kitabları çox da bəyənən biri deyiləm ancaq Jojo moyesin kitabları buna istisnadır. 3 nəslin həyatı verilir: Joy (nənə), ana və nəvənin eşq hekayəsidir. Burada mənə görə ən önəmli nöqtə karmadır. Fərqli şəkildə olsa da 3 nəsil eşk trajedisi yaşayır . Eşqin zaman içində nə qədər fərqli formalar alabiləcəyin göstərən bir roman. İki insan arasında sadəcə eşqin yeterli olmadığın da göstərən bir roman. Bir dənə romantik roman oxuyum deyirsizsə bu kitabı oxuyun deyərəm. 3 insanın gözündən kitabı oxuyursunuz , onların həyat hekayələrini . Bu kitabı oxuduqdan sonra bəzi önyarğılarımdan da qurtuldum, həmçinin.