Bu kitab yazıldıqdan qısa müddət sonra Herzl həyata gözlərini yumur. Kitabdan 1 il öncə Herzl Sultan II Əbdülhəmiddən böyük məbləğ təklif edərək Fələstini istəmişdi. Bu kitabdan 50 il sonra eynilə Herzlin dediyi və istədiyi kimi İsrail Yəhudi dövləti qurulur və İsrail-Ərəb mücadiləsi başlayır. Kitab yazıldığı vaxtlarda Herzl Birinci Dünya Sionist Konqresinə rəhbərlik edir və konqresdən 5 il sonra Fələstinə köç başlayır. Herzl yaşadığı zamanlarda yəhudilər Amerikada yaşayan xalqlar arasında ən yoxsul qrup idilər. Lakin I Dünya Müharibəsi və xaosunu izləyən dönəmdə sığorta və əmlak krallarına, dünyanın ən zəngin insanlarına çevrilirlər, eynilə Herzlin tərif etdiyi kimi. Əlbəttə bir kahin deyildi Herzl, sadəcə disiplinli, sistemli, bütün yəhudilər kimi yer üzünü və onun insanlarını tanıyan bir yəhudi idi.