Qadın yazıçılarla macəraya davam.
Ithaki elə gözəl seçimlər edir ki. Qibtə etdiyim nəşriyyatlardandı.
Deməli baş qəhrəmanımız privat dedektivdir və ilk dəfə qətl hadisəsini araşdırması istənilir. Ekiz bacısı Tabitha'nın da müəllim kimi işlədiyi sehir məktəbində törədilmiş qətl hadisəsi intihar olaraq dəyərləndirilsə də, direktor buna inanmır və dedektiv tutmaq qərarına gəlir.
Kitab özünü bizə triller-dedektiv roman olaraq satmağa çalışsa da, arxasında çox təsirli bir drama var.
İki bacı balacaykən analarını xərçəng səbəbindən itirib və zamanla bir-birlərindən uzaq düşüblər. İki bacının dramatik münasibətləri çox təsirli idi, kitab 3 yerdə məni elə təsirləndirdi ki, kitabın dedektiv roman olaraq olmaq istədiyi, göstərmək istədiyi bacarıqsızlığı ciddən unutdum. Oxumaq şansınız olsa, onsuz da həmin hissələrin elə tez fərqinə varacaqsınız ki, üzərində düşünməyə davam eləsəniz, bəlkə gözünüzdən bir-iki damcı yaş da axar.
Kitab Locus mükafatı üçün finalçılardan olub, qazanmamağı da haqq edib, sehir və triller mövzusunda o qədər də uğurlu deyildi, amma sırf o dram üçün oxumağa dəyər.