Yalnızlıqdan Şizofreniyaya

Oar

Yalnızlıqdan Şizofreniyaya Posts

You can find Yalnızlıqdan Şizofreniyaya books, Yalnızlıqdan Şizofreniyaya quotes and quotes, Yalnızlıqdan Şizofreniyaya authors, Yalnızlıqdan Şizofreniyaya reviews and reviews on 1000Kitap.
Rəqs eləməyi bacarmaq, ya da bacarmamaq absurd ifadədi, Ben. Hər hansı hərəkəti öyrənib onu tətbiq eləmək deyil rəqs. Rəqs bədənini və ruhunu musiqinin ixtiyarına verməkdi.
Sayfa 100Kitabı okudu
Yay səhəridi. Səhər şəfəqinin verdiyi ilahi enerjini tam gücüylə yararlanmağa çalışıram. Ciyərimə çirklənməmiş təmiz hava doldurub ürəyimi yuxarı qaldırıram. Günəş yenicə dənizin arxasından boylananda bütün vücuduma və simama səbəbsiz xoşbəxtlik hakim olur. Beləliklə, bu lənətə gəlmiş suallar və digər neqativ enerjisi olan hər şey keçir arxa plana. Səhər şəfəqini çox sevirəm. Səhər şəfəqinin verdiyi bu eyforiya olmasaydı məmnunluq hissimin olmadığından şübhələnərdim.
Reklam
Biz hər kəsi tanıyırıq. Hər kəsin ağlından nə keçdiyini, nə fikirləşdiyini bilirik. Özümüzdən başqa. Özümüzü bir fincan qəhvəyə qonaq edib, özümüzlə söhbət edib, özümüzlə tanış olmaq heç vaxt ağlımıza gəlməz. Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyiç, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq. Amma dayan. Bir stop elə. “Axı niyə?” deyə bir sual verdikdə, yaxud insanlardan kənar bir mühitdə güzgüdə öz əksimizlə üz-üzə qaldıqda və gözlərimizin içinə baxdıqda “Mən doğrudan da buyam? Mən uçuruma doğru gedirəm” deyirik özümüzə və uğranda çapaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq... Amma yox. Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə, alnımızın qırışına baxırıq.
Biz insanlar öz gözümüzdə şalbanı qoyub başqasının gözündə çöp axtarmağa öyrəncəliyik.
854 öğeden 961 ile 854 arasındakiler gösteriliyor.