Featured Yalquzaq Posts

You can find Featured Yalquzaq books, featured Yalquzaq quotes and quotes, featured Yalquzaq authors, featured Yalquzaq reviews and reviews on 1000Kitap.
208 syf.
8/10 puan verdi
Hermann Hesse’nin oxuduğum ilk kitabı oldu “Yalquzaq”. Kitabda uzun qarışıq cümlələr biraz yorsa da sevdim. Oxuduqdan bir müddət sonra düşündürdü məni. Bitirəndə tam çatmadı ama vaxt keçdikcə hər şey yavaş yavaş oturdu yerinə. Baş qəhrəman Harri özünü ikitəbiətli: canavar və insan kimi düşünür. Amma sonralar insanın iki deyil minlərlə qəlbi olduğunu görür. Həqiqətən də hamımızın içində minlərlə qəlb var. Hərəsi bir şey arzulayır. Oxumağa dəyər əsər olduğunu düşünürəm. Xoş mütaliələr).
Yalquzaq
YalquzaqHermann Hesse · Qanun Nəşriyyatı · 20137.8k okunma
“...«yuxarı» da, «aşağı» da yalnız təfəkkürdə, yalnız mücərrədlikdə olur. Dünyanın özü isə heç bir «yuxarı», «aşağı» tanımır.”
Reklam
-“İndi insan kimi düşünməyin, danışmağın, yazmağın mənası qalmayıb, beynindəki yaxşı fikirləri oyatmağın da xeyri yoxdur.”
-“Varlığımın qalan hissələrinə – cürbəcür qabiliyyətlər, ehtiraslar, arzu və istəklər xaosuna nifrət etmiş, hamısına da yalquzaqlıq damğası vurmuşdum.”
-“Bircə anın həyat adlı oyununu çox məharətlə oynayaraq, məni zorla öz şagirdinə çevirirdi.”
En mutsuz yaşamda bile yıldızın parladığı anlar,kum ve çakıl taşları arasında küçük çiçeklerin açtığı zamanlar vardır.
Reklam
Əbədiyyət
Buraya Motsartın musiqisi, sənin böyük şairlərinin şeirləri və möcüzələr yaratmış, şəhid olmuş, insanlar üçün nümunəyə çevrilmiş müqəddəslər aiddir. Bu əbədiyyətə əsl qəhrəmanlıq haqqında təsəvvürlər, əsl insani hisslərin gücü də aiddir. Eybi yox, qoy heç kimin ondan xəbəri olmasın, heç kim onu görməsin, heç kim onu yazıb gələcək nəsillər üçün saxlamasın! Əbədiyyətdə gələcək nəsil yoxdur, orada yalnız çağdaşlar var!
-“Bunu mənə heç cür bağışlamırlar, çünki hamısı «günahsızdır». İmperatorun da, generalların da, iri sənayeçilərin də, siyasətçilərin də, qəzetlərin də zərrə qədər günahı yoxdur, hamısı safdır! Demək olar ki, dünyanın işləri lap əntiqə gedir, yalnız bir neçə milyon insanın meyiti yerdə qalıb.”
“... hər bir adamın yüksəklərə qalxmış şəxsiyyəti axırda qayıdıb onun «mən»inə qarşı çevrilir və onu təzədən məhv etməyə çalışır.”
“...çünki hamı öz payına düşən bədbəxtliyi ən böyük bədbəxtlik sayır.”
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.