Quotes

See All
“...«yuxarı» da, «aşağı» da yalnız təfəkkürdə, yalnız mücərrədlikdə olur. Dünyanın özü isə heç bir «yuxarı», «aşağı» tanımır.”
-“Bunu mənə heç cür bağışlamırlar, çünki hamısı «günahsızdır». İmperatorun da, generalların da, iri sənayeçilərin də, siyasətçilərin də, qəzetlərin də zərrə qədər günahı yoxdur, hamısı safdır! Demək olar ki, dünyanın işləri lap əntiqə gedir, yalnız bir neçə milyon insanın meyiti yerdə qalıb.”
Reklam
Əbədiyyət
Buraya Motsartın musiqisi, sənin böyük şairlərinin şeirləri və möcüzələr yaratmış, şəhid olmuş, insanlar üçün nümunəyə çevrilmiş müqəddəslər aiddir. Bu əbədiyyətə əsl qəhrəmanlıq haqqında təsəvvürlər, əsl insani hisslərin gücü də aiddir. Eybi yox, qoy heç kimin ondan xəbəri olmasın, heç kim onu görməsin, heç kim onu yazıb gələcək nəsillər üçün saxlamasın! Əbədiyyətdə gələcək nəsil yoxdur, orada yalnız çağdaşlar var!
Hardan tapaq belə dostu )
Ah, kaş indi bir dostum olaydı! Elə bir dost ki, hansı evin çardağındasa oturaraq şam işığında xəyala dalmış olsun - yanında da skripkası və mən də bu sakit gecədə xəlvətcə onun yanına gedəydim, səssiz-səmirsiz dik pilləkənlə qalxaydım. Lap mat qalaydı, sonra da söhbətləşə-söhbətləşə, musiqiyə qulaq asa-asa bir neçə saatlığa öz dünyamızdan qopaydıq!
Sayfa 34 - Qanun Nəşriyyatı
-“Necə də pis səslənir! «Vəhşi!» «Yırtıcı heyvan!» – heyvanlar haqqında belə danışmaq olmaz! Düzdür, çox vaxt dəhşətli olurlar, ancaq insanlara nisbətən daha təbiidirlər.”
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.